Suveren Azərbaycanda MÜHÜM SEÇKİLƏR: “Dövlətin gücünü və qüdrətini göstərir”
Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Bu seçkilər özlüyündə tarixi əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycan dövlətinin gücünü və qüdrətini göstərir”.
Bunu Yenicag.az-a açıqlamasında yanvarın 29-u keçirilən bələdiyyə seçkilərinin siyasi uğur baxımından Azərbaycan üçün əhəmiyyətindən danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, suverenliyimizin bərpası ilə müstəqillik dövründə ilk dəfə prezident seçkiləri bütün ölkədə keçirildi.
“Xalq Ali Baş Komandanın ətrafında bir olaraq növbəti dövr üçün yenidən onu Azərbaycan Respublikasının Prezidenti seçdi. Suveren Azərbaycanın şəhər, rayon və kənd olmaqla hər bir nöqtəsində keçirilən prezident seçkiləri həqiqətən də çox önəmli və tarixi hadisə idi. Daha sonra isə uğurla keçirilən parlament seçkiləri də müstəqillik dövründə ilk olaraq tarixə keçdi. Ötən gün isə bələdiyyə seçkiləri keçirildi. Bu da özlüyündə tarixi əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycan dövlətinin gücünü və qüdrətini göstərir”.
“Biz xalq olaraq suverenliyimizi tam bərpa edə bilmişik. Bu, hüquqi müstəvidə konstitusiyadan irəli gələn bütün prosesləri həyata keçirməyə imkan verir. Nə qədər ki, Azərbaycan güclü və qüdrətlidir hər zaman xalqın sosial rifahının yüksək olması üçün çalışacağıq. Bu seçkilərin də xalq üçün xeyirli və uğurlu olacağına inanırıq”, – deyə deputat bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 30 Yanvar 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















