Icma.az
close
up
RU
“Suveren gənclik: Hüquq və məsuliyyət” adlı konfrans keçirilib

“Suveren gənclik: Hüquq və məsuliyyət” adlı konfrans keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) tərəfdaşlığı, Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə sentyabrın 22-də “Suveren gənclik: Hüquq və məsuliyyət” adlı konfrans təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd gənclərin hüquq biliklərinin artırılması, vətənpərvərlik və cəmiyyət qarşısında məsuliyyət hissinin gücləndirilməsi olub.

Konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı və ATGTİ-nin sədri Rəşad Zeynalov çıxış edərək konfransın əhəmiyyətindən danışıblar. Natiqlər tədbirin gəncləri vətandaşlıq və hüquq məsələləri barədə məlumatlandırmaq, onların cəmiyyət qarşısında məsuliyyətlərini dərk etmələrini təmin etmək və “Konstitusiya və Suverenlik İli” çərçivəsində fikir mübadiləsini təşviq etmək baxımından əhəmiyyətini vurğulayıblar.

Çıxışlardan sonra Odlar Yurdu Universitetinin tələbəsi, milli rəqs üzrə respublika birincisi Elmina İbadova milli rəqs ifa edib.

Daha sonra konfrans panel sessiyalarla davam edib. "Suveren gənclik: Hüquqi maariflənmə və ictimai məsuliyyət" adlı panel zamanı gənclərin sualları spikerlər tərəfindən cavablandırılıb.

Sessiyanın yekununda “Gənclərin hüquq və məsuliyyət manifesti” adlı təqdimat edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see191

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see166

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see135

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see127

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see125

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri