Icma.az
close
up
RU
Xankəndidə “102 il Suveren Azərbaycanın memarı” adlı tədbir keçirilib

Xankəndidə “102 il Suveren Azərbaycanın memarı” adlı tədbir keçirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Xankəndi, 8 may, AZƏRTAC

Xankəndi şəhərində Qarabağ Regional Təhsil İdarəsi və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “102 il – Suveren Azərbaycanın memarı” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə baş tutan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ictimai-siyasi sabitliyin təmin olunması istiqamətindəki misilsiz xidmətlərindən söz açıb. Diqqətə çatdırıb ki, bu gün Azərbaycanın əldə etdiyi uğurların təməlində məhz Ulu Öndərin müdrik siyasəti və uzaqgörən dövlətçilik konsepsiyası dayanır. Ş.Bayramov bu səpkidə keçirilən tədbirlərin uşaq, yeniyetmə və gənclərdə milli-mənəvi dəyərlərin aşılanmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli çıxışında Ümummilli Lider Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. Bildirib ki, azad və suveren Azərbaycanın gələcəyi gənc nəslin azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşdirilməsindən keçir.

Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin direktoru Cəmilə Əhmədova qeyd edib ki, bu cür tədbirlər şagirdlərin vətənpərvərlik hisslərinin gücləndirilməsi və tarixi şəxsiyyətlərə hörmət hissinin aşılanması baxımından xüsusi əhəmiyyət daşıyır.

Çıxışlardan sonra “Tarixə çevrilən ömür” adlı videoçarx nümayiş etdirilib. Tədbirin bədii hissəsində tələbələr və şagirdlər tərəfindən Ulu Öndərə həsr olunmuş şeir və musiqi nömrələri səsləndirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri