Svetoforun yaşıl işığında yolayrıcında tıxac yaranıbsa, həmin kəsişməyə daxil olmaq olar? BDYPİ cavablandırır
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 15 oktyabr, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hərəkət iştirakçılarının maarifləndirilməsi məqsədilə hazırlanan “1 sual – 1 cavab” rubrikasını davam etdirir. Rubrikanın növbəti buraxılışında yol hərəkəti ilə bağlı ünvanlanan suallardan daha biri cavablandırılıb.
Bu barədə AZƏRTAC-a BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, bu dəfə “Svetoforun yaşıl işığında yolayrıcında tıxac yaranıbsa, həmin kəsişməyə daxil olmaq olar?”sualına cavab verilib. Vurğulanıb ki, “Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinə əsasən, əgər sürücü yolayrıcında və ya yolayrıcından sonra tıxac yaranması ehtimalını görübsə və bu səbəbdən dayanmağa məcbur olub, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olacaqsa, həmin kəsişməyə daxil olması qadağandır və inzibati məsuliyyət yaradır.
Qeyd edək ki, rubrikanın məqsədi sürücü və piyadaların yol hərəkəti qaydaları barədə məlumatlılığını artırmaq, gündəlik həyatda təhlükəsiz davranış vərdişlərinin formalaşmasına dəstək verməkdir.
BDYPİ bir daha bütün hərəkət iştirakçılarını qaydalara əməl etməyə və yollarda təhlükəsizliyin təmin olunmasına töhfə verməyə çağırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 15 Oktyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















