Svetoforun qırmızı işığında keçməsəydi... NİİM dən sürücülərə xəbərdarlıq
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücüləri bir daha svetoforun qırmızı işığında hərəkət etməməyə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, mərkəzdən verilən məlumata görə, Nəsimi rayonu, Azadlıq prospekti ilə Mirəsədulla Mirqasımov küçəsinin kəsişməsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində piyadalardan biri xəsarət alıb. Belə ki, yüksək sürətlə hərəkət edən və qırmızı işıqda keçən minik avtomobili digər nəqliyyat vasitəsinə çırpılaraq, piyada zolağından istifadə edən iki nəfərdən birinə dəyib. Digər piyada isə son anda xilas ola bilib.
NİİM-in məlumatında qeyd edilir ki, bu, qırmızı işıqda keçməyin yaratdığı təhlükənin növbəti sübutudur. Mərkəz bir daha xatırladır ki, bu cür hadisələrin qarşısının alınması üçün təbliğat və maarifləndirmə işləri aparılır, real görüntülərlə ictimaiyyət maarifləndirilir. Lakin buna baxmayaraq, bəzi sürücülər hələ də bir neçə saniyə qazanmaq üçün həm öz, həm də başqalarının həyatını təhlükəyə atırlar.
NİİM sürücülərə müraciət edərək bildirir:
“Svetoforun qırmızı işığında dayanmaq – yalnız qanuni tələb deyil, həm də insani məsuliyyətdir. Bu cür qayda pozuntuları insanların həyatına son qoya və ya ağır nəticələrə səbəb ola bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 19 İyun 2025 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















