Icma.az
close
up
RU
Şvıdkoy şovinist beyni yenidən çöndü:Qarabağdakı 25 heykəl və Ayvazovski...

Şvıdkoy şovinist beyni yenidən çöndü:Qarabağdakı 25 heykəl və Ayvazovski...

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yəqin ki, bir çoxunuz Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdkoyu tanıyırsınız.

 Çünki əlinə fürsət keçəndə ancaq erməniləri müdafiə edib, azərbaycanlıları təhqid edib, məzəmmət edib. Bütün məsələlərdə.Hətta 2021-ci ildə Qarabağda müharibədən sonra ruslar arasında " qədim erməni mədəniyyət irsi" ilə bağlı narahatçılığını ilk  o bildirib.   Şvıdkoy Azərbaycan Respublikasının Xankəndi şəhərində İvan Azvazovskinin büstünün sökülməsinə də ilk kəskin reaksiya verənlərdən biri olub . O ilk dəfə bu  məsələsini şərh edərkən bildirmişdi  ki, Azərbaycan tərəfinin bu addımı dərin təəssüflə qarşılanıb, Rusiyaya qarşı xoşagəlməz və qeyri-dost addım kimi qiymətləndirilir. O, Azərbaycan tərəfini ehtiyatlılıq nümayiş etdirməyə, “abidələrlə müharibəyə”, rus mədəniyyətinin “ləğv edilməsi” tədbirlərinə son qoymağa çağırış etmişdi. Təbii ki, rəsmi səviyyədə  Şvıdkoya cavab verilmişdi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirmişdi  ki, həmin heykəl qanunsuz və planlaşdırılmamış şəkildə, müəyyən məqsədlərlə  Xankəndiyə yerləşdirilmişdi.

 Sirr deyil ki, rəssam Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi.  Bu, Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub. Birdə ki, qeyd edildiyi kimi Ayvazovski rus və ermənilər üçün dahi sənətkar sayıla bilər. Ancaq o, Azərbaycan üçün heç bir xüsusi tarixi və ya mədəni dəyər daşımır. Xankəndidəki abidəsinin sökülməsi nə Rusiyaya, nə də Ermənistana qarşı yönəlmiş mədəni xarakterli addım kimi dəyərləndirilməməlidir.

Üstəlik, Ermənistanda  dünya səviyyəsində tanınmış bir azərbaycanlının büstü, barelyefi, heykəli var? 

Baxmayaraq ki, Rusiya rəsmisinə rəsmi cavab verildi, amma canında şovinizm və ədalətsizlik olan ermənipərəst rus rəsmisi yenə də dediyinin üstündə durmaqda, mənasız inadkarlığını davam etdirməkdədir. Beləki, Şvıdkoy yenidən - bu gün  TAAS xəbər agentliyinə açıqlama verib. Bu dəfə daha da "kəskinləşən" Şvıdkoy "Dağlıq Qarabağda erməni əsilli görkəmli şəxsiyyətlərin və hərbçilərin 25 abidəsinin və büstünün sökülməsi xoşagəlməz əməldir" deyərək həddini aşıb:"Abidələr ilə müharibə heç bir ölkə üçün ən yaxşı şey deyil. Onlar bu torpaqda yaşayan xalqların tarixini əks etdirir. Bu, 90-cı illərdə Azərbaycanın mədəniyyət xadimlərinin abidələrinin dağıdılması qədər absurddur. Abidələrlə döyüşmək ən nəcib şey deyil, amma başa düşmək çox vacibdir ki, Rusiya ilə Qafqaz xalqları arasındakı münasibətlər təkcə bu gün deyil, həm də bizim tariximizlə bağlıdır. keçmiş və gələcək”, - Şvıdkoy bildirib.

O qeyd edib ki, siyasət mədəniyyəti diktə etsə də, o, “bu günümüzdür, mədəniyyət isə əbədi yaşayır”.

"Və dövlətlərarası münasibətlərlə yanaşı, insanlar arasında daha dərin olan münasibətlər də var. Və bu gün bizi yanımızda yaşayan bütün xalqlarla birləşdirən bütün mədəni əlaqələri qoruyub saxlamaq vacibdir", - Şvidkoy yekunlaşdırıb.

 Yəni, görünən odur ki, Şvıdkoy anlaqlı vəziyyətdə deyil! Əgər anlaqlı vəziyyətdə olsaydı, anlayardı ki, Azərbaycan ərazisində  Azərbaycan dövlətinin razılığı olmadan nəinki heykəl ucaltmaq, heç  daşı daş üstündə qoymaqda olmaz! Çünki bu bütün ölkələrin qanununda var! Rusiya sülhməramlısı və yaxud erməni separatçısı kimdir ki, Qarabağın ürəyində kefi istədiyi erməniyə heykəl ucaltsın!Qaldıda ki, Ayvazovski rus mədəniyyətinin görkəmli şəxsiyyətidirsə, gəl apar o heykəli  Rusiyanın istəlin guşəsində uzat "bərdən oyana"!

Xatırladaq ki, hələ 2012-ci ildə o,  Ramil Səfərovun azadlığa buraxılmasının erməni cəmiyyətində gərginlik yaratdığını bildirmişdi: “Bu, əlbəttə ki görəcəyimiz işi çətinləşdirir, amma hesab edirəm ki, dünyada ən mühüm dəyər – kompromisdir. Istənilən halda icmalar arasında görüşün təşkili istiqamətində işi davam etdirəcəyəm. Mən həmişə övladlarını müharibədə itirə biləcək analar və ataları düşünürəm”.

 Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Avqust 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri