Icma.az
close
up
RU
Buna Ayvazovski, yaxud azərbaycanlılar neyləsin?!

Buna Ayvazovski, yaxud azərbaycanlılar neyləsin?!

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Mariya Zaxarovaya və Konstantin Zatulinə qısa xatırlatma

Nədənsə, 4 il əvvəl, Xankəndidə rus rəssamı Ayvazovkinin heykəlini quranda rusların yadına düşməyib ki, Qarabağda heykəli ucaldılmağa layiq yalnız bir böyük rus rəssamı var: Vereşşagin. Vereşşagindən sərf-nəzər edənlər Ayvazovskini nə üçün önəmsədiklərini özləri yaxşı bilir. Ona görə ki, rus rəssamı Ayvazovski mənşəcə ermənidir. Bir də Ayvazovski Rusiya Hərbi Dəniz qüvvələri baş qərargahında admiral rütbəsinə bərabər tutulan şəxsi müşavir olub. 

İndi Ayvazovskinin heykəlinin Xankəndidən götürülməsindən təlaşa düşənlər, bunu vandalizm əlaməti hesab edənlər Azərbaycana sayqı duyurdularsa, Azərbaycana hörmət edirdilərsə və ən başlıcası, səmimiydilərsə, 4 il əvvəl öz “sülhməramlı” missiyalarından belə məkrli şəkildə istifadə edib sənəti öz kirli, bölücü siyasətlərinin alətinə çevirməməli, Azərbaycanın tarixi zəfərindən sonra Ayvazovskinin heykəlini Qarabağ torpağına nə vaxtsa partlayacaq mina əvəzi olaraq yerləşdirməməliydilər. 

Bakıda Puşkinin heykəlinə qucaq açan Azərbaycan Xankəndidə haqlı olaraq, Ayvazovskinin heykəlini ləğv etdi, qanunsuz qoyulmuş abidənin bu şəhərdə olmasını lazım bilmədi. Təbiri-caizsə, ardıyca Rusiya sülhməramlılarının basdırdığı mina “partladı” və partlayış rus ideoloqları tərəfindən rus mədəniyyətinə qarşı hörmətsizlik və vandalizm aktı kimi əks-səda verdi. Hadisə “Heykəllərə qarşı müharibə” başlığıyla tirajlandı. Halbuki 30 il əvvəl Şuşada onların gözü qarşısında Azərbaycana məxsus heykəllər güllələnirdi. Ayvazovskinin heykəli ilə bağlı hadisə isə əslində, Rusiya dövlətinin xarici siyasəti ilə məşğul olanlara Azərbaycanın verdiyi mükəmməl bir mədəniyyət və tarix dərsiydi. Heç olmasa, Xankəndidə Qarabağa heç dəxli olmayan erməni əsilli rus rəssamı Ayvazovskinin yerinə, Qarabağa birbaşa dəxli olan rus rəssamı Vereşşaginin heykəlini ucaldaydılar.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Zaxarova da, Azərbaycana qarşı hər mövzuda, o cümlədən, Ayvazovskinin heykəli məsələsində qaraqışqırıq salan Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri Zatulin də bilməmiş deyil ki, “Müharibə apofeozu” tablosunun müəllifi, rus rəssamlığında batalist janrın dahisi Vereşşagin 25 yaşı olanda, yəni 1865-ci ildə  Şuşaya gəlib. Özü də necə gəlib: “Qarabağın mərkəzi olan Şuşaya axşam gec saatlarında çatdım. Qaranlıqda yalnız hündür, sıldırım dağın zirvəsində tikilmiş şəhər divarının qaranlıq silueti görünürdü. Şuşa əvvəllər Qarabağ xanlarının iqamətgahı olub. Şəhər kifayət qədər yaxşı möhkəmləndirilmişdir, iki tərəfdən sıldırım qayalarla, digər tərəfdən isə çox möhkəm tikililər və qüllələri olan divarla qorunur... Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir”.

Vereşşaginin bu sözlərlə başlayan məqaləsi ilk dəfə Parisdə “Le Tour du monde” jurnalında dərc olunub. Şuşa şəhəri avropalıların maraq dairəsinə elə bu məqalə ilə də daxil olub, Avropada Şuşaya maraq rus rəssamı Vereşşaginin bu yazısından sonra başlanıb...

Vereşşagin Şuşada məhərrəmlik ayinini təsvir edib. Gəlişinin əsas məqsədi də bu idi; həm rəssam kimi, həm də sənətşünas kimi. Məhərrəmlik ayinini - misteriya tamaşasını təfərrüatına qədər yazıb. Hətta sanki tamaşanın sinopsisini qələmə alıb. Aktyor işini, teatrallaşdırılmış ayinin psixoloji-tarixi qatlarını, tamaşaçıların eyforik halını həm rəsm olaraq kağıza, həm də mətn olaraq yazıya köçürüb.

Vereşşagin Şuşada Gövhər ağa məscidini və Azərbaycan evlərini, məhəllələrini rəsm edib. Dərvişləri, şəbih tamaşasının epizodlarını, azərbaycanlıların qəlyan çəkdiyi çayxananı, təhsil aldıqları mədrəsəni, Şuşa məhəllələrini təsvir edib. Şuşada multikultural bir mühit canlandırıb.

Şuşada çəkdiyi rəsmlərdə azərbaycanlılar çoxluq təşkil edir. Amma buna rəğmən, ermənilər epizodikdir. Zaxarova, yaxud Zatulin bu sualın “niyə”sinə cavab verə bilərmi? Yaxud Rusiyanın “Azərbaycan tərəfini ehtiyatlılıq nümayiş etdirməyə, “abidələrlə müharibəyə”, rus mədəniyyətinin “ləğv edilməsi” tədbirlərinə son qoymağa” çağırış edən təxribatçı ideoloqlar düşünüblərmi, necə oldu ki, Vereşşagin Gövhər ağa məscidini, həm içəridən, həm çöldən gördü və təsvirini çəkdi, amma Şuşada rəssamın özünə daha doğma ola biləcək hansısa xristian məbədini, tutaq ki, ermənilərin təbirincə, o dövrdə Şuşa mədəni mühitində dominantlıq edən Qazançı kilsəsini görmədi? Qarabağ yeparxiyasının mərkəzi kimi təqdim olunan Ğazançetsots kilsəsi o zaman hələ tikilməmişdi və kilsənin inşası Vereşşagin Şuşadan gedəndən 4 il sonra başlamışdı...

Bu isə həmin illərdə Şuşada erməni deyil, Azərbaycan icmasının dominantlığından soraq verirdi... Belə olan halda (və hansısa rus rəssamının heykəlini yaratmaq onlar üçün bu qədər vacib idisə), Qarabağda heykəli qoyulmalı olan yeganə rus rəssamı Vereşşagin deyildimi? Yoxsa yenidən millətlər arasında tufan yaratmaq məqsədilə məşhur “Tufan” müəllifini yaratmaq nəyə lazım idi? 

Ayvazovskinin ən məşhur əsərləri dənizlə bağlıdır. “Doqquzuncu dalğa”, “Dənizdə fırtına”, “Alatoran”,  “Dənizdə Qafqaz mənzərəsi”... demək olar ki, bütün əsərləri dənizlə bağlıdır... Qarabağda dəniz varmı? Ayvazovskinin heykəli Xankəndidə deyil, İrəvanda, yaxud işğal altında olan Krımda qoyulmalıdır... Ən azı, ona görə ki, Ayvazovski ermənidir, erməni kilsəsinin arxiyepiskopu Qabriel Ayvazovskinin qardaşıdır. Ən azı ona görə ki, Ayvazovski Krımda doğulmuşdu... Ruslar kimi, ukraynalılar da ona iddialıdır. Hətta Nyu-Yorkdakı Metropoliten muzeydə o, erməni mənşəli Ukrayna rəssamı kimi təqdim olunur. Görəsən, Azərbaycanı Ukrayna üslubunda, yəni ruslara aid heykəlləri dağıtmaqda şərləyən Zatulin buna görə Metropoliten muzeyinə etirazını bildiribmi?   

Ayvazovski, heç vaxt Qarabağa səfər etməyib, Vereşşagin isə Qarabağda konkret insanları, daha çox Azərbaycan türklərini, onların məişətini, məscidini, dini ayinlərini, evlərini, çayxanalarını, məhəllələrini, gənc bəylərini rəsm edib.      

Şuşada Vereşşaginin diqqət mərkəzində ermənilər deyil, daha çox  müsəlman icması, daha çox azərbaycanlılardır. Şuşaya səfəri də məxsusi olaraq, 1865-ci ilin may ayına təsadüf etməsi Məhərrəmlik ayinlərini şəxsən izləyib təsvir etmək üçün idi. Elə ona görə də, iki ay Şuşada yaşayan Vereşşaginin rəsmləri xatirə qeydlərində “Qarabağ xanlarının iqamətgahı” adlandırdığı bu şəhərin tarixi, əhalisi, etnoqrafik özəllikləri barədə əlimizdə mövcud olan ciddi rus mənbələrindən biridir.

O ki qaldı Ayvazovskiyə... Zaxarovanın bizə sənət və zövq dərsi keçməsi yersizdir. Azərbaycanda sənət zövqü olan hər kəs Ayvazovskinin fırçasına ən azı 100 ildir ki, sayqı ilə yanaşır.

Həm də elə bu mənada bir məsələni xatırladım. Ayvazovski Qafqazda, çağdaş rus ideoloqlarının yanaşdığı bağlamda yeni hadisə deyil, o, 120 il əvvəl də bu kontekstdə var idi, amma bir az fərqli. 120 il bundan əvvəl Qarabağda bizi pantürkizmdə, panislamizmdə suçlayan ermənilərin və rus generalı Qoloşapovun hərbi birləşmələrinin törətdikləri qanlı qırğınlardan bəhs edərkən Əli bəy Hüseynzadə Ayvazovskinin rəsmlərini xatırladır və bildirirdi ki, “Görülüyor, erməni rəssamlarından dəryanı, dalğaları təsvirdə məharətilə şöhrət qazanmış olan Ayvazovskinin “Tufan” adlı məşhur lövhəsi dəxi bu qədər fəci və əzəmətli bir mənzərəyə irayə edəməz...” Yəni bu qədər faciəli və qanlı mənzərəni göstərə bilməz. 

Buna  Ayvazovski, yaxud azərbaycanlılar neyləsin?!.

Rus diplomatlar Ayvazovkinin marinist rəsmləri barədə ağız dolusu danışanda,  Vereşşaginin “Şuşa eskizləri”ni də unutmasınlar... 

Azər Turan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Avqust 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri