Icma.az
close
up
RU
Sxadadze: “Ona söz verdik ki, yaxşı mübarizə aparacağıq”

Sxadadze: “Ona söz verdik ki, yaxşı mübarizə aparacağıq”

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XIII turunun “Qəbələ” – “Araz-Naxçıvan” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Futbolçularımı təbrik edirəm. Onlar xarakter göstərdilər. Bu, çox vacibdir. İki gün əvvəl klub prezidenti ilə çox yaxşı görüşümüz oldu. Ona söz verdik ki, yaxşı mübarizə aparacağıq. Bu gün oyun bir az gərgin başladı. “Araz-Naxçıvan” güclü komandadır, yaxşı hücum potensialına malikdir. Matçın əvvəlində bizdə həyəcan var idi. Buna görə top itkilərinə yol verdik. Qol vurduqdan sonra sakitləşdik və daha rahat oynamağa başladıq. Yenə standart vəziyyətdən qol buraxdıq. İkinci hissəyə yaxşı başladıq. Rəqibə qol imkanı vermədik. Çxlu qol epizodları yaradırırıq. , amma onlardan yararlana bilmirilk. Bu gün gördüm ki, bizim potensialımız daha çoxdur. Hələ bir oyun udmuşuq. Qarşıda çox matç var. Bu qələbədən düzgün nəticələr çıxarmalıyıq.

– Neçə turdur ki, qələbə qazanacağınız gözlənilirdi. Bu qalibiyyətin “Qəbələ”nin sizdən əvvəlki baş məşqçisi Elmar Baxşıyevin komandası üzərində olacağını gözləyirdiz?
– Elmar Baxşıyevə böyük hörmətimiz var. Həm yaxşı insandır, həm də yaxşı məşqçidir. Sadəcə elə alındı ki, onun komandası ilə matçda qələbə qazandıq.

– Nuğay Rəşidov bu gün meydanda ən yaxşılardan idi. Onun performansını necə dəyərləndirirsiz?
– Çox şadıq ki, belə gənc futbolçu yaxşı oynadı. Amma onu çox tərifləməyək. Nuğay stabil oynamalıdır. Bu gün Eşqin də yaxşı mübarizə apardı. Nicat zədəli halda oyuna çıxmışdı. Meydanda var gücünü qoydu. Bütün futbolçulara təşəkkür edirəm. Əsl xarakter göstərdilər.

– Murad Musayevin son dəqiqələrdə qırmızı vərəqə almasına münasibətiniz necədir?
– Muradın oyunda yeganə səhvi həmin anda gecikməsidir. O, tək kapitan deyil, meydanda lider kimi oynayır. Bəlkə də qırmızı vərəqə almaqla bizi xal itkisindən xilas etdi.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 30 Noyabr 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri