Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Yaşar Nurinin qızı dünyasını dəyişib

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

S.Yeseninin Şəhanəsi kimdir? Ermənilərin uydurduğu Şahanə Talyan?

S.Yeseninin Şəhanəsi kimdir? Ermənilərin uydurduğu Şahanə Talyan?

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Sevimli Şahanə, gözəl Şahanə!

Bizim o şimalda gözəl bir qız var,

Bilsəydin, o, sənə nə qədər oxşar!

Bəlkə, indi məni anır o, yenə,

Sevimli Şahanə, gözəl Şahanə!

 Bu şeir  dünya ədəbiyyat tarixində yeri olan  şair Sergey Yesenin "Şəhanə, Şəhanə, mənim Şəhanəm!" şeirindən bir parçadır. 

 Bilirsiniz ki, Yesenin Bakıda bir neçə dəfə olub. İlk dəfə 1920-ci ildəki qısa səfəri Yeseninə Bakını tanıdıb. Daha sonra  bir neçə dəfə də bu şəhərə güzarı düşüb. Sonuncu dəfə 1925-ci ilin martında Bakıya gələn şair  2 aydan çox burada qalıb, Mərdəkanda yaşayıb.

Araşdırmaçılar bildirir ki, şairin Bakıda yaşadığı  müddətdə qələmə aldığı 40-dan çox şeiri “İran nəğmələri” adı altında çap olunub.

Tədqiqatçı alim İsaxan İsaxanlı Sergey Yeseninə həsr etdiyi araşdırmada yazır: “Hər gün onun yaşadığı evə süd gətirən qadın bir gün yenə gəlir. İlk dəfə olaraq evdə yad kişini - Yesenini görən qadın tez çadralanıb süd qabını da orada unudub evdən çıxır. Həmin gündən bu qadının gözəlliyinə vurulan şair onu hər yerdə axtarır. Bir gün tərcüməçisinə “Mən o qadının adını bilmək istəyirəm” deyərkən tərcüməçi bunun onun üçün çox təhlükəli ola biləcəyini söyləyir.

Lakin şair öz qəlbinə hakim ola bilməyib kəndin məhəllələrində toplaşan gənc oğlanlara yaxınlaşıb həmin qadının kim olduğunu öyrənməyə çalışır. Təbii ki, Bakı kəndlərində adət-ənənənin hökm sürdüyü bir dövrdə rus kişisinin azərbaycanlı qadınını soruşması ağlasığmaz idi. Gənclər ona “Sən bizim qonağımızsan və buna görə biz sənə heç nə demirik. Amma gələn dəfə bizə belə sualla müraciət etmə...” deyə cavab verirlər. Məsələnin nə yerdə olduğunu anlayan tərcüməçi onun fikrində düzəliş edərək, onları səhv anladıqlarını, sadəcə həmin qadının haradan süd gətirdiyini bilmək istədiklərini deyir. Həmin südün Şağan kəndindən gətirildiyini bilən şair sonralar silsilə şeirlərində “Şaqane tı moya, Şaqane” adlı şeir yazır. Həmin qadının süd gətirdiyi satıl hazırda şairin xatirə muzeyində saxlanılır.

 Aldı görək oğru ermənilər nə deyir?

 Hrapark yazır: 

Yesenin Batumidə o, məşhur əsərini yazmaq üçün onun ilham mənbəyinə çevrilmiş gənc erməni müəllimi Şahanə Talyanla tanış olur. Şahanə həqiqətən kim idi?

Şahanə Nerses Terteryan (Talyan) 1900-cü ildə Axaltsixdə keşiş ailəsində anadan olub. İbtidai təhsilini Axaltsixe kilsə məktəbində, sonra isə Xaşur qadın gimnaziyasında almışdır. 1921-ci ildə iqtisadçı Stepan Terteryanla ailə həyatı qurur və Tbilisiyə köçür. Lakin onun evliliyi uzun sürmədi və oğlu Ruben dünyaya gələndən çox keçmədi ki, 1924-cü ildə Şahanə dul qaldı və Batumiyə köçdü. 1930-cu ildə yenidən bəstəkar Vardces Talyanla ikinci dəfə ailə həyatı qurur və 1934-cü ildə İrəvana köçür.

Şahanə Talyan xatirələrində yazır ki, 1924-cü ilin dekabrında bir gün Batumi məktəbində cəbrdən dərs dediyi məktəbi tərk edib evə yollanır. Evə çatmazdan əvvəl o, slavyan görünüşü olan, orta boydan bir qədər hündür və qeyri-adi görünüşü olan bir gəncin diqqətini çəkdi, bu gəncin yerli olmadığını göstərir.

Batumidə Şahanə həm də müəllim olan bacısı Katya ilə mənzil kirayələyib. Batumidə ev sahibəsi və məşhur jurnalist Povitskinin vasitəçiliyi ilə Sergey Yesenin Şahanə ilə tanış olur və onu Povitskinin mənzilində təşkil olunan ədəbi gecələrdə iştirak etməyə dəvət edir. Və belə unudulmaz ədəbi axşamların birindən sonra Şahanəni evində görən məşhur şair ona iki vərəq kvadrat dəftər uzatdı, onun üzərində “Şaqanə, sən mənim Şaqanem” şeiri yazılmış, aşağı küncdə isə S.Yeseninin imzası vardı.

Yesenin erməni poeziyası ilə maraqlanırdı. O, V.Bryusovun tərcümə etdiyi “Erməni poeziyasının antologiyası”na rast gəlmişdi və Yesenin həmin kitabı tez-tez oxuyarkənYeqişe Çarents adına xüsusi maraq göstərirdi. O, Çarentsin Batumiyə gələcəyini öyrənmişdi və səbirsizliklə gözləyirdi və tez-tez soruşurdu: "Yaxşı, Çarents hələ gəlməyib?" Lakin Çarents Batumiyə yalnız Yesenin Moskvaya gedəndən sonra gəldi. Şahanə xatirələrində yazır ki, Yesenin çox mehriban və vicdanlı insan olub. Heç kəsə biganə qalmayıb. Bir dəfə kimsəsiz uşaqları görüb dayandı, suallar verdi, onlara pul verdi və Şahanəyə üz tutaraq dedi: “Bax, Şahanə, bura Puşkin, Lermontov və mən...” Başqa bir dəfə şair öz şeirlər kitabını Şahanə həsr edərək üz qabığına karandaşla yazırdı: “Əziz Şaqanəm, sən mənim üçün xoş və şirinsən”.

Moskvaya yola düşdüyü ərəfədə Şahanənin kirayə qaldığı mənzilə gələn Yesenin yadigar olaraq Şahanənin rəsmlərindən birini götürür və silsiləsindən məşhur şeirin yanında mütləq nəşr etdirəcəyini vəd edir.

İstedadlı rus şairi Sergey Yeseninlə gənc erməni müəllimi Şahanə Talyan arasındakı dostluq beləcə başa çatır və nəsillərə “İran nəğmələri” poetik silsiləsinin bəlkə də ən məşhur şeirini qoyub gedir. Və bu qısa dostluq Şahanənin həyatının ən parlaq və ən parlaq xatirəsinə çevrilir".

Utanmayandan sonra oynamağa nə var ki?

Şükür ki, ermənilər Sergey Yesenini "erməni oğlu "çıxartmayıblar. Şair yaxşı qurtarıb. Yoxsa ki bu nadürüstlər Nuh peygəmbəri, Adəm peyğəmbəri erməni edən nadürüstlərdir.

 Əntiqə Rəşid 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 Avqust 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see15288

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see897

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see278

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see245

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see204

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see199

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see158

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see140

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see139

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see133

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see133

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see132

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see131

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see131

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see127

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see125

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see122

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see122

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see120

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri