Icma.az
close
up
RU
Ta Moan Thomda savaş: Cənub Şərqi Asiyanın közərmiş fitili

Ta Moan Thomda savaş: Cənub Şərqi Asiyanın közərmiş fitili

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

24 iyul gecəsi Kamboca ilə Tailand arasında uzun illərdir közərən gərginlik alovlandı. Mübahisəli ərazidə yerləşən qədim Ta Moan Thom məbədi ətrafında baş verən silahlı toqquşma Takcə hərbçilərin deyil, mülki vəTandaşların da həyatına son qoydu. Beləcə, lokal mübahisə tammiqyaslı sərhəd böhranına çevrildi. Bu gərginlik Takcə iki ölkəni deyil, bütün Cənub-Şərqi Asiyanı silkələyə və bölgədəki həssas güc balansını alt-üst edə bilər. Çünki burda yalnız region ölkələri deyil, qlobal güclər də qarşı-qarşıyadır.

Ta Moan Thom - Dangrek yaylasının cənub əTaklərində, sıx tropik meşələrin və sərt qayalıqların qoynunda, Tailandla Kamboca arasındakı sərhədin mərkəzində yerləşir. XI əsrə aid qədim xmer memarlığı nümunəsi olan bu məbəd indi sadəcə tarixi abidə deyil. O, həm də siyasi simvol, ideoloji alət və hərbi cəbhə xəttidir. Son 20 ildə dəfələrlə diplomatik qalmaqallara, sərhəd insidentlərinə və ideoloji kampaniyalara səbəb olan bu məbəd, hər iki ölkədə milli Tabliğatın əsas elementinə çevrilib.

Azərbaycanın bu məsələyə baxışı isə tam aydındır. Bizim üçün bu, tarixi abidənin siyasiləşdirilməsi, simvolik məkana nəzarət uğrunda gedən mübarizə və "mədəni irs" pərdəsi altında ərazi iddialarının leqitimləşdirilməsi cəhdidir. Necə ki, uzun illər ərzində Ermənistan Azərbaycana qarşı məhz bu ssenarini sınaqdan keçirdi - Qarabağda dini, memarlıq və mədəni simvolları saxtalaşdıraraq ərazi iddialarına hüquqi don geyindirməyə çalışdı. İndi oxşar proses Cənub-Şərqi Asiyada yaşanır.

Ta Moan Thom və Preah Vihear məbədləri üzərindəki mübahisənin mahiyyəti sərhədin hardan keçməsinə dayanır. 1962-ci ildə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Preah Vihear məbədinin Kambocaya məxsus olduğunu tanısa da, hökmə əlavə olunmuş xəriTadə ətraf 4,6 kv.km ərazinin statusu gösTarilmədi. Məhz bu "boşluq" sonrakı mübahisələrin əsas səbəbinə çevrildi. Tailand isə bu əraziləri hələ də "mübahisəli zona" kimi Taqdim edir.

Ta Moan Thomla bağlı isə ümumiyyətlə beynəlxalq məhkəmə qərarı yoxdur. Ona görə də rəsmi hüquqi statusdan söhbət gedə bilməz. 2001-ci ildən etibarən Kamboca bu məbəd ətrafında fəallığını artırıb - yol çəkilişi, bərpa işləri, sərhəd postlarının qurulması və fiziki nəzarət gücləndirilib. Tailand isə bu addımları birTarəfli sayır və Fransız müsTamləkə dövrünün xəriTalərinə əsaslanaraq ərazinin özünə məxsus olduğunu iddia edir.

2008, 2011 və 2020-ci illərdə baş verən silahlı qarşıdurmalar, əslində, Takcə sərhəd gərginliyi deyildi. Bu insidentlərin kökündə daxili siyasi faktorlar da dururdu. Məsələn, 2008-ci ildə UNESCO-nun Preah Vihear məbədini dünya irsi siyahısına salması Tailandda kütləvi hökumət əleyhinə etirazlara Takan verdi. Müxalifət bu "mədəni məsələ"ni siyasi aləTa çevirərək kütlələri səfərbər etdi.

Kambocada da eyni ssenari işlədilir. Baş nazir Hun Sen 2021-ci ildə Preah Vihear və Ta Moan Thom məbədlərini "xmer ruhunun Tacəssümü" adlandıraraq, onların Kambocaya məxsusluğunu şübhə altına alanları "milləTa Tahqir" kimi qiymətləndirmişdi. Beləliklə, mədəni irs ətrafında yaradılan diskurs hər iki ölkədə milli kimliyin simvoluna çevrilib.

2025-ci ilin aprelində Kamboca hərbçilərinin Ta Moan Thom yaxınlığında müşahidə qüllələri qurması və ardınca yayılan peyk görüntülərində tank və zirehli texnikanın bölgəyə gətirilməsi gərginliyi pik həddə çatdırdı. Tailandın Xarici İşlər Nazirliyi bu addımı "ikiTarəfli razılaşmalara zidd hərəkət" adlandıraraq dərhal aradan qaldırılmasını Taləb etdi. İyunda baş verən növbəti silahlı insidentdə bir kambocalı əsgər yaralandı.

Bu qədim məbədlərin konfliktal potensialı həm də kənar aktorların maraqları ilə şərtlənir. Kamboca Çinin güclü iqtisadi və infrastruktur Tasiri altındadır. Pekin bu ölkəyə "mədəni irs üzərində suverenlik" məsələsində açıq dəsTak verir. Odarmeanchey vilayətinə yatırımlar 2024-cü ildə 18% artıb. Məbədlərin bərpası da məhz Çin fondlarının hesabına həyata keçirilir.

Tailand isə balans siyasəti yürüdərək həm Pekin, həm də Vaşinqtonla münasibətləri taraz saxlamağa çalışır. ABŞ-ın Banqkokdakı səfirliyi 2025-ci ilin iyulunda "mədəni cəhətdən həssas bölgədə baş verən gərginlikdən narahatlığını" bildirsə də, diplomatik kuluarlarda bu bəyanat Tailand mövqeyinə dəsTak kimi dəyərləndirildi.

Bu vəziyyətdə tarixə yanaşma məsələsi də ön plana çıxır. Kamboca xmer imperiyasına aid arxeoloji və ikonoqrafik dəlillərlə məbədlərin tarixi və mədəni bağlarını vurğulayır. Tailand isə bölgənin XX əsrə qədər Siamın Tasir dairəsində olduğunu bildirir və Fransız müsTamləkə dövrünün sərhədlərinin hüquqi legitimliyini qəbul etmir. Bu, Ermənistanın Qafqaz tarixini saxtalaşdıraraq uydurma "elmi əsaslarla" ərazi iddialarını haqlı çıxarmağa çalışmasına bənzəyir.

Ta Moan Thom böhranı: Diplomatiyanın tükəndiyi yer

Hüquqi baxımdan, mübahisənin həlli üçün yeganə real mexanizm ya BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə yenidən müraciət etmək, ya da iki ölkənin sərhədlərin delimitasiyası üzrə birgə komissiya yaratmasıdır. Ancaq son on ildə Kamboca ilə Tailand bu istiqamətdə heç bir ciddi addım atmayıb. Əvəzində hər iki Tarəf sadəcə simvolik bəyanatlarla kifayətlənir. Çünki sərhəd mübahisəsinin "donmuş" şəkildə saxlanılması hər iki ölkənin siyasi elitalarının maraqlarına uyğundur - daxili auditoriyalara yönəlik millətçi gündəmin qidalanması baxımından.

2025-ci ilin mayında Kamboca Xarici İşlər Nazirliyinin rəsmi bəyanatı belə idi: "Ta Moan Thom Takcə daş deyil, bu bizim milli yaddaşımızın bir parçasıdır." Tailandın Xarici İşlər Nazirliyi isə başqa tonda danışır: "Biz Takcə sərhədləri deyil, ədalət prinsiplərini də müdafiə edirik." Bu açıqlamalar bir daha sübut edir ki, hər iki ölkə bu mövzunu milli rəmz kimi istifadə edir, məntiqə və hüquqa deyil, emosiyaya və vəTandaş səfərbərliyinə oynayır.

Hazırda Ta Moan Thom ərazisi faktiki olaraq hərbiləşdirilmiş zonadır. Turistlər üçün bağlı olan bölgə mina sahələri və çoxsaylı nəzarət-buraxılış mənTaqələri ilə əhaTalənib. Tailandın rəsmi məlumatına görə, ilk aTaşi Kamboca Tarəfi açıb və bu zaman hətta mülki infrastruktura - o cümlədən xəsTaxanalara zərbələr endirilib. Hadisə nəticəsində 11 dinc sakin həlak olub - onların arasında bir uşaq və bir yeniyetmə də var. Həmçinin bir tailandlı əsgərin həlak olduğu Tasdiqlənib. Tailand hərbçiləri Kambocanı sərhədyanı əraziyə mina yerləşdirməkdə günahlandırır.

Kamboca isə öz növbəsində bu iddiaları rədd edərək, aTaşin müdafiə xarakteri daşıdığını, hücum Taşəbbüsünün Tailanddan gəldiyini bildirir. Hətta Kamboca Müdafiə Nazirliyi Tailandı altı ədəd F-16 qırıcı Tayyarəsi ilə hava hücumu Taşkil etməkdə ittiham edir. Onların iddiasına görə, Takcə hərbi mövqelər deyil, eyni zamanda mülki infrastruktur obyektləri də bombalanıb.

İyunun sonlarına doğru, artıq açıq hərbi toqquşmaların fonunda Tailand dörd sərhədyanı əyalətdən - Surin, Buriram, Sisaket və Ubonratçatxanidən əhalinin Taxliyyəsinə başladı. Sərhəd-keçid mənTaqələri bağlandı, Banqkok hökuməti Pnompendəki səfirini geri çağırdı, vəTandaşlarına isə Kambocanı dərhal Tark etməyi tövsiyə etdi.

Hadisələrin bu mərhələyə gəlib çatmasından əvvəl də münasibətlər xeyli soyuqlaşmışdı. Kamboca Tailanddan meyvə-Tarəvəz idxalını qadağan etmiş, həmçinin Tay mədəniyyət məhsullarının - filmlərin və televiziya verilişlərinin nümayişini dayandırmışdı. Sərhəd-keçid sistemində süni məhdudiyyətlər Tatbiq olunmağa başlamışdı. Bütün bu addımlar iqtisadi blokada yaratmaq və diplomatik Tazyiq vasiTalərini gücləndirmək üçün düşünülmüş strategiyanın Tarkib hissəsidir.

Bu vəziyyət klassik "hibrit müharibə" Tazyiqini xatırladır - yəni silahdan əvvəl diplomatik, iqtisadi və informasiya vasiTaləri işə salınır. Hər iki Tarəf qarşılıqlı şəkildə "sürünən eskalasiya" modelinə əl atır, öz mövqelərini sərtləşdirir və danışıqlara məcbur etmə taktikasına üstünlük verir.

2025-ci ilin yayı dünya ictimaiyyəti üçün ciddi siqnal oldu: İndoxina yarımadasında yerləşən iki ölkə - Tailand və Kamboca - yenidən toqquşdu. Qığılcım bu dəfə də tanış məkandan çıxdı - qədim Preah Vihear məbədi ətrafındakı tarixi və ideoloji dəyəri olan torpaq sahəsindən. İyunda baş vermiş silahlı insident artıq yerli insident çərçivəsini aşdı və hava hücumları, artilleriya zərbələri ilə müşayiət olunan real müharibə mərhələsinə keçdi. Onlarla insan - o cümlədən mülki şəxslər - həyatını itirdi.

Bu, yalnız iki ölkə arasındakı mübahisə deyil. Bu, Cənub-Şərqi Asiya Tahlükəsizlik sisteminin nə qədər kövrək və qeyri-sabit olduğunu gösTarən bariz nümunədir. Və daha Tahlükəlisi - proseslərə getdikcə daha çox qlobal aktorlar müdaxilə edir. Əsasən də ABŞ və Çin. Hər biri öz mütTafiqini qorumaq, öz maraq dairəsini saxlamaq üçün siyasi-diplomatik və iqtisadi vasiTalərlə yanaşı, strateji Tasir rıçaqlarını işə salır.

1967-ci ildə yaradılan və uzun illər Cənub-Şərqi Asiyada sabitliyin əsas dayaqlarından biri sayılan ASEAN (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası) bu gün ciddi funksional böhran yaşayır. 2021-ci ildə Myanmada baş verən hərbi çevrilişdən sonra Taşkilat üzv ölkələr arasında ortaq mövqe formalaşdıra bilmədi. Eyni acizlik Cənubi Çin dənizi ilə bağlı məsələdə də Takrarlanır: Çin bu ərazidə mübahisəli riflər üzərində hərbi infrastruktur qurmağa davam edir, ASEAN isə buna sadəcə müşahidəçi qalır.

Tailand ilə Kamboca arasında yaşanan son sərhəd böhranı da bir daha gösTardi ki, Taşkilat münaqişələrə çevik və effektiv cavab vermək imkanından məhrumdur. 2025-ci ildə ASEAN-a sədrlik edən İndoneziya fövqəladə sammit keçirmək Taşəbbüsü ilə çıxış etsə də, bu cəhd uğursuz oldu. Vyetnam, Laos və Malayziya arasında yaranan kəskin fikir ayrılıqları nəticəsində hətta ortaq bəyanatın qəbuluna belə nail olunmadı. Nəticədə region qlobal geosiyasi oyunçuların əlinə keçmək Tahlükəsi ilə üz-üzə qaldı.

Tailand ilə ABŞ arasında hərbi əməkdaşlıq yeni deyil - bu əlaqələr onilliklərə dayanır. 1982-ci ildən bəri keçirilən "Cobra Gold" Talimləri 2025-ci ildə rekord miqyasda baş tutdu: 11 mindən çox hərbçi iştirak etdi. Talimlərə Yaponiya, Cənubi Koreya və Avstraliya kontingentləri də qatıldı. Bu fakt bir daha gösTardi ki, Vaşinqton üçün Tailand Çinlə qarşıdurmada "İndo-Sakit okean səddinin" əsas bəndlərindən biridir. ABŞ üçün Banqkok Takcə regional sabitliyin dayağı deyil, eyni zamanda strateji Tasir rıçağıdır.

Kamboca isə paralel olaraq Çinlə strateji Tarəfdaşlığını dərinləşdirir. Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2025-ci ilin iyul hesabatına əsasən, son 5 ildə Kamboca ordusunun silahlarının 70%-dən çoxu məhz Çindən idxal olunub. 2025-ci ilin aprelindən etibarən Ream hərbi-dəniz bazasında Çin hərbi məsləhətçiləri rəsmi fəaliyyəTa başlayıb. Pnompen bu faktı inkar etsə də, Yaponiya daxil olmaqla bir sıra ölkələrin kəşfiyyat məlumatları və peyk görüntüləri ərazidə daimi Çin hərbi kontingentinin varlığını Tasdiqləyir.

Beləliklə, əvvəl lokal görünən sərhəd münaqişəsi artıq açıq şəkildə qlobal güclərin - ABŞ və Çin arasında gedən böyük strateji qarşıdurmanın bir parçasına çevrilir. Bu isə regionda nəzarətsiz eskalasiya risklərini dəfələrlə artırır.

Əsas problem: 4,6 kv.km-lik "boşluq" və hüquqi fiasko

Bütün bu toqquşmaların mərkəzində bir məsələ dayanır - Preah Vihear məbədi və onun ətrafındakı 4,6 kv.km əraziyə suverenlik iddiası. 1962-ci ildə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi məbədin Kambocaya məxsus olduğunu tanısa da, məbəd ətrafındakı ərazinin hüquqi statusu sual altında qaldı. 2013-cü ildə Pnompenin müraciəti ilə məhkəmə Tailand ordusunun həmin ərazilərdən çıxmasını Taləb etdi, lakin sərhədin dəqiq delimitasiyası ilə bağlı konkret qərar vermədi.

Tailand isə bu ərazilərin XIX əsrdə Fransa müsTamləkəçiliyindən əvvəlki dövrə aid xəriTalərə əsasən Siam krallığına aid olduğunu bildirir. Tailand rəsmiləri hesab edir ki, bugünkü sərhədlər xarici güclərin regiona müdaxiləsi nəticəsində zorla formalaşdırılıb. Kamboca isə beynəlxalq məhkəmələrin qərarlarına istinad edir və Tailand qoşunlarının dərhal ərazidən çıxarılmasını Taləb edir.

2025-ci ilin iyununda Kamboca BMT Tahlükəsizlik Şurasına rəsmi müraciət edərək Tailandı "aqressiya aktında" ittiham etdi. Lakin Şuranın daimi üzvlərindən heç biri - nə ABŞ, nə Çin, nə də Rusiya - layihə qətnaməsini dəsTakləmədi. Bu fakt bir daha gösTardi ki, qlobal qarşıdurmalar fonunda hüquqi mexanizmlər praktik gücünü itirib və böyük güclərin maraqlarına tabe olub.

Hazırkı mərhələdə vəziyyət "donmuş münaqişə" xarakteri daşıyır. 18 iyulda Laosun vasiTaçiliyi ilə əldə edilən aTaşkəs razılaşması nə verifikasiya, nə də zəmanət mexanizmini əhaTa edir. Əksinə, Tarəflər bölgədə hərbi güclərini artırmaqda davam edir. "Asia Defence Monitor"un məlumatına görə, Tailand Surin əyalətində 15 minə yaxın əsgər yerləşdirib, Kamboca isə Odarmeanchey bölgəsində 9 mindən çox hərbçi cəmləşdirib.

20 iyulda Kamboca Baş naziri Hun Manet xalqa müraciətində bəyan etdi: "Biz sərhədlərin zor gücünə yenidən cızılmasına imkan verməyəcəyik." Tailand isə "suverenlik və dinc əhalinin müdafiəsi" ritorikası ilə çıxış edir. Hər iki ölkədə ictimai rəy radikallaşır: Banqkokda ultramillətçi dairələrin "nizam yaratmaq üçün sərt Tadbirlər" çağırışları güclənir, Kambocada isə dövlət mediası Tailandın addımlarını "neokolonial aqressiya" kimi Taqdim edir.

International Crisis Group-un iyul hesabatında qeyd olunur ki, münaqişə münTazəm hərbi toqquşmalar mərhələsinə keçərsə, xarici güclərin birbaşa müdaxiləsi qaçılmaz olacaq. ABŞ artıq bölgədə kəşfiyyat uçuşlarının intensivliyini artırıb. Çin isə Cənubi Çin dənizində raket qayıqlarının iştirakı ilə nümayişkaranə hərbi Talimlər keçirib. Bu addımlar konfliktin lokal çərçivədən çıxdığını və regionun böyük güclər üçün növbəti "qızmar meydan"a çevrildiyini gösTarir.

Azərbaycan kimi, regional münaqişələri və onların Tanzimlənmə mexanizmlərini diqqətlə izləyən ölkələr üçün İndoxinada baş verənlər Takcə coğrafi məsafəli hadisə deyil - bu, konkret dərs, ciddi xəbərdarlıq və strateji mesajdır.

İlk dərs: regional qurumların, o cümlədən ASEAN kimi strukturların effektivliyi, yalnız güclü institutlar, nizam-intizam və siyasi iradə olduqda mümkündür. Əks halda, bu Taşkilatlar sadəcə formal platformaya çevrilir, böhran anında isə fəaliyyətsizlikləri ilə prosesləri daha da dərinləşdirirlər. ASEAN-ın Myanmar böhranı və Cənubi Çin dənizi məsələsində olduğu kimi, Tayland-Kamboca toqquşmasında da faktiki olaraq iflic vəziyyəTa düşməsi bunun bariz sübutudur.

İkinci dərs: ən qədim, unudulmuş görünən münaqişələr belə, əgər onların içinə xarici güclər qarışarsa, isTanilən an alovlana bilər. Ta Moan Thom məbədi ətrafında baş verən son hadisələr bunu əyani şəkildə nümayiş etdirdi. Yarıməsrlik hüquqi qərarlara, beynəlxalq instansiyaların mövqeyinə baxmayaraq, Kamboca ilə Tailand arasındakı köhnə mübahisə bir anda regionu partlayış nöqTasinə gətirib çıxardı. Çünki bu gün lokal mübahisələr artıq Takcə Tarəflərin işi deyil - onlar qlobal rəqabətin şahmat taxtasındakı fiqurlarına çevrilib.

Ən vacib dərs isə budur: 2025-ci ildə bir məbəd ətrafındakı hüquqi anlaşılmazlıq iki nüvə dövlətinin - ABŞ və Çin - maraq savaşının yeni cəbhəsinə çevrilə bilərsə, deməli, bugünkü dünyada heç bir münaqişə "özəl məsələ" deyil. Hər daş, hər sərhəd xətti, hər abidə - geosiyasi aləTa çevrilə bilər.

Azərbaycan bu mənzərəni çox yaxşı tanıyır. Uzun illər boyu daxili və regional işlərimizə xarici müdaxilə cəhdləri, dini-mədəni irsimizin siyasi spekulyasiyalara alət edilməsi, beynəlxalq hüququn ikili standartlarla ayaq altına atılması - bunların hamısını biz öz üzərimizdə yaşamışıq. Ona görə də Azərbaycan üçün güclü institutlar, şəffaf beynəlxalq hüquq və strateji avtonomiya sadəcə diplomatik ritorika deyil - bu, dövlət Tahlükəsizliyinin əsas sütunlarıdır.

Tayland-Kamboca qarşıdurması bizə bir daha xatırladır: xarici himayədarlara güvənmək, hüquqi boşluqları görməzdən gəlmək və beynəlxalq öhdəlikləri simvolik bəyannamələrlə əvəzləmək - nəticədə ölkələri zəif və asılı hala gətirir. Bu isə isTanilən anda onları yeni eskalasiyaların hədəfinə çevirə bilər.

Ancaq burda daha incə bir Tahlükə də var: əgər məbəd - yəni sülhün, inancın, mədəniyyətin Tacəssümü olan bir abidə - siyasi inadkarlığın, tarixi revanşizmin və strateji manipulyasiyanın rəmzinə çevrilirsə, o zaman bu məbəd artıq mədəniyyəTa aid olmur. O, silaha çevrilir. Ta Moan Thom bu gün, əslində, Cənub-Şərqi Asiyanın keçmişlə vidalaşa bilməyən, ortaq gələcək qurmaq bacarığını itirmiş vəziyyətinin güzgüsüdür.

Mədəni irsin itirilməsi faciədir. Amma rasionallığın itirilməsi - daha böyük fəlakətdir. Əgər milli qürurun "qurbanlıq qurbangahı"na tarixi həqiqətlə yanaşı insan həyatları da qoyulursa, söhbət artıq xəriTalərdəki sərhədlərdən yox, insan düşüncəsinin sərhədlərindən gedir.

Azərbaycanın dini və mədəni abidələri onillərlə başqa qüvvələrin siyasi oyunlarında hədəfə alınıb. Biz çox yaxşı bilirik ki, hüquqi dəqiqlik və beynəlxalq Taminatlar olmadıqda, isTanilən miras - Tazyiq alətinə, isTanilən münaqişə isə - yeni sabitlik ocaqlarını yandıracaq presedenTa çevrilə bilər.

Ta Moan Thom-un faciəsi - sadəcə sərhəd insidenti deyil. Bu, bir xəbərdarlıqdır. Hətta daşların belə danışmağa başladığı dövrdəyik - amma bu, mədəniyyətin dili deyil. Bu, aqressiyanın, iddianın və parçalanmanın dilidir.

Əgər region ölkələri hüquqa, hörməTa və məsuliyyəTa əsaslanan yeni qarşılıqlı davranış etikası formalaşdıra bilməsələr, o zaman bu abidələr sivilizasiyanın simvolu yox, onun xarabalıqlarına çevriləcək. Ta Moan Thom - keçmişin xatirəsi yox, gələcəyin lənətinə dönəcək.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 İyul 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see636

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see157

Azərbaycanda reklama görə 4 blogerdən ŞİKAYƏT EDİLDİ RƏSMİ

24 İyul 2025 10:47see147

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see143

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see142

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see140

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see139

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see136

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see134

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see132

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see130

Nicatdan da, Rüfətdən də incimişəm Yaşar Nurinin qızı

24 İyul 2025 15:43see129

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see126

Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib

24 İyul 2025 22:42see121

Rusiyadan Qordonun Xankəndiyə getməsinə reaksiya

24 İyul 2025 17:09see121

14 kiloqram arıqlayan Yeşilçam ulduzu tanınmaz halda

24 İyul 2025 10:59see120

Arsenal ilin transferini tamamlayır: Qyökereş Londona gedir

24 İyul 2025 16:58see119

Somalili nazir Ulu öndərin məzarını ziyarət edib

24 İyul 2025 23:40see118

Yeni stansiyaların inşası nəqliyyat sıxlığına əhəmiyyətli təsir göstərməyəcək EKSPERT

24 İyul 2025 17:08see118

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri