Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Tac Mahalın arxasında gizlənən səfalət (FOTO)

Tac Mahalın arxasında gizlənən səfalət (FOTO)

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Hindistan... Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvəl bu ölkə haqqında çox şey eşitmişdim. Düşünürdüm ki, bu səyahətim inkişaf etmiş şəhərlərə etdiyim səfərlərdən çox fərqlənməyəcək. Ancaq Hindistanda gördüklərim gözləntilərimi doğrultmadı, məni sözün həqiq mənasında dəhşətə gətirdi. Uşaqlıqdan filmlərinə sevərək baxdığımız Amitabh Baççanın, Şahrux Xanın, Akşay Kumarın ölkəsinin bu qədər səfalət içində boğulduğunu təsəvvür etmirdim. Anladım ki, əslində Bollivud bizi aldadıbmış, filmlərində Hindistanı bizə reallığı ilə yox, rəngli ekrandan tanıdıbmışlar. Ona görə də Hindistan haqqında düşüncələrim 4 günə dəyişdi.

Hindistana səfərimin məqsədi dəvət aldığım beynəlxalq sərgidə iştirak etmək idi. Lakin qərara gəldim ki, paytaxt Yeni Dehliyə dörd günlük səfərimi yalnız sərgi ilə məhdudlaşdırmayım. Hindistanın paytaxtını, onun küçələrini, insanlarını, gündəlik həyatını və mətbəxini öz gözlərimlə görüb izləyicilərə çatdırım. Beləliklə, Hindistanın paytaxtı Yeni Dehli ilə tanışlığım da məhz belə başladı…

- Xaosun içində yaşanan insan həyatı…

Yeni Dehlinin küçələrinə çıxan kimi ilk diqqətimi çəkən şey şəhərin sıxlığı idi. Burada insanlar, avtomobillər, motosikletlər, rikşalar, küçə satıcıları bir-birinə qarışaraq, nəsə əldə etməyə çalışırlar. Hər kəs sanki eyni anda harasa tələsir. Yollarda hərəkət edən nəqliyyat vasitələrinin çoxluğu isə şəhərdəki səs-küyü daha da artırır, sürücülər yeri gəldi, gəlmədi bir-birlərinə siqnal verirlər. Maşınların mühərrik səsləri, dilənçilərin adamların üzərinə hücumu, küçə satıcılarının çağırışları və insanların xaotik hərəkətləri Yeni Dehlinin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Yollardakı piyada keçidlərində vəziyyət də eynilə acınacaqlıdır. İşıqforsuz yolların qarşı tərəfinə keçmək istəyən insanlar avtomobillərin arasında özlərinə güclə yol tapmağa çalışırlar. Maşınlar piyada zolaqlarını keçmək istəyən insanlara toxunaraq, piyadalara xəsarət yetirir. Təbii ki, ilk dəfə bunu müşahidə edən insan üçün bu cür mənzərə kifayət qədər gərgin görünür. Şəhərin hər yerində küçələrin və ətraf mühitin natəmizliyi, yol kənarlarında sahibsiz camışların, inəklərin hərəkəti, mərkəzi yerlərdə belə kanalizasiya xəttlərinin və zibil yeşiklərinin gözə dəyməməsi iyrənc mənzərə yaradır.

- Dilənən uşaq və qocalar …

Hindistanda adamı ən çox düşündürən məqamlardan biri də bu ölkənin kəskin sosial təzadlarıdır. Bir tərəfdə müasir binalar, bahalı avtomobillər, iri ticarət mərkəzləri və beynəlxalq şirkətlərin ofisləri, digər tərəfdə isə küçələrdə yaşayan, dilənçilik edən və ağır şəraitdə həyat sürən insanlardır. Paytaxtda da bu mənzərəni açıq görmək olur.

Küçələrdə gəzərkən hər addımda turist görən kimi əllərini uzadıb pul dilənən insanlara rast gəlməmək mümkün deyil. Xüsusilə uşaqların və yaşlı insanların dilənməsi insanı dəhşətə gətirir. Burada mənim gördüklərim yalnız Hindistanın paytaxtının müəyyən hissələrindəki şəxsi müşahidələrimdir. Düşünürəm ki, Hindistanın digər bölgələrində vəziyyət daha acınacaqlıdır.

- Hindistanın küçə mətbəxi…

Hindistana gəlib, buranın yerli yeməklərindən də danışmamaq mümkün deyil. Dehlidə küçə yeməkləri demək olar ki, hər yerdə satılır. Satıcıların qarşısında növbə gözləyən insanlar, gigiyenik qaydalara əməl olunmadan mənşəyi bilinməyən yağlarda qızardılan yeməklər, müxtəlif ədviyyatların hürküdücü qoxusu şəhərin havasına qarışıb. Sözsüz ki, Hindistan mətbəxinin zənginliyi danılmazdır. Amma düşünürəm ki, burada vacib olan məsələ gigiyenik qaydalara necə əməl olunmasıdır.

Hindistanda küçə yeməklərinin hazırlanması və satışı zamanı gigiyena ilə bağlı gördüyüm mənzərələr məndə heç də xoş təəssürat yaratmadı. Küçələrin ümumi natəmizliyi ilə yeməklərin birbaşa yol kənarında hazırlanmasını görəndə çox narahat oldum.

- Yeni Dehli və köhnə Dehli: eyni şəhərin iki üzü…

Dörd gün ərzində həm paytaxt Yeni Dehlidə, həm də Hindistanın böyüklüyünə görə ikinci böyük şəhəri olan köhnə Dehlidə oldum.

Şəhərin müxtəlif hissələrini gəzdikcə Hindistanın nə qədər qarışıq və xaotik olduğunu daha aydın hiss etmək olur. Müasir şəhər görüntüləri ilə köhnə məhəllələr, zənginliklə yoxsulluq, yeni tikililərlə köhnə və baxımsız küçələr bir-birinə çox yaxın məsafədə yerləşir. Bəlkə də Dehlini fərqli edən xüsusiyyətlər məhz budur. Burada inkişaf da var, problemlər isə daha çoxdur.

- Tac Mahalda Allahın adından pul yığılır…

Hindistana səfərimin mənim üçün ən yaddaqalan məqamı isə şübhəsiz ki, Tac Mahalı görməyim oldu. Dünyanın ən məşhur memarlıq abidələrindən birini canlı görmək adama tamamilə başqa hiss yaşadır. Fotolarda və videolarda dəfələrlə gördüyüm bu möhtəşəm tikili qarşısında dayananda onun miqyasını və memarlıq üstünlüklərini daha yaxşı hiss edirsən. Bu abidənin inşasının çox maraqlı tarixçəsi var. Tac Mahal məqbərəsi 17-ci əsrdə Moğol imperatoru Cahan Şah tərəfindən həyat yoldaşı Mümtaz Mahalın şərəfinə inşa etdirilib. Abidənin tikintisinə təxminən 1632-ci ildə başlanılıb və kompleksin əsas hissəsi təxminən 1653-cü ildə tamamlanıb. Məqbərədə əsasən ağ mərmərdən və müxtəlif qiymətli daşlardan istifadə olunub. Bunun sayəsində Tac Mahal günün müxtəlif vaxtlarında fərqli rənglərdə görünür.

Bundan başqa, məqbərə kompleksi çox dəqiq simmetrik formada inşa edilib. Nəhəng ağ mərmər günbəz və 4 minarə Tac Mahala çox təsirli görünüş verir.

Məqbərənin içərisinə daxil olarkən burada xidmət göstərən bələdçi mənə foto çəkməyə icazə vermədi. Əvəzində isə hind bələdçi müsəlman olduğumu bilib, məndən Allahın adından pul istədi. Bəlkə də bu səbəbdən səfərimin bütün yorğunluğuna baxmayaraq, Tac Mahalı görmək Hindistanda yaddaşımda qalacaq ən maraqlı anlardan oldu. Tac Mahala heyran olsam da, amma Dehlinin küçələrində şahidi olduğum mənzərdən dəhşətə gəldim.

- Bakı üçün darıxmaq hissi…

Bu, mənim səyahət etdiyim sayca 31-ci xarici ölkəm idi. Dünyanın müxtəlif ölkələrini görmüşəm və hər səfərin özünəməxsus təəssüratları olub. Amma etiraf edim ki, xaricdə keçirdiyim dörd gün ərzində Bakı üçün bu qədər darıxdığım başqa səfəri xatırlamıram.

Səfərin sonuna yaxın isə artıq günləri deyil, saatları sayırdım. Aeroporta çatanda gözlərim istər-istəməz tanış bir mənzərə axtarırdı - Azərbaycan Hava Yollarının təyyarəsini. Çünki Bakıdan Yeni Dehliyə və geri uçuşum zamanı istifadə etdiyim AZAL təyyarəsi dörd günlük səfərim zamanı mənə ən çox rahatlıq bəxş edən vasitə oldu. Xüsusilə də AZAL-ın sərnişinlərə verdiyi milli yeməklərimiz üçün darıxmışdım.

Bakıya qayıdarkən İndira Qandi beynəlxalq aeroportunda ətrafıma baxıb düşündüm ki, bəzən səfər zamanı insanın Vətənindən uzaqda olması ona öz ölkəsinin adi görünən nemətlərinin belə əslində nə qədər dəyərli olduğunu göstərir.

Bəlkə də səfərlərin ən maraqlı tərəfi də odur ki, insan başqa ölkələri gördükcə yalnız dünyanı deyil, həm də öz ölkəsini yenidən kəşf edir, onu daha çox sevir. Uzaqlara getdikcə doğma yerlərin dəyərini daha dərindən anlayırsan, ona olan sevgin daha da artır.

Vasif Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Sentyabr 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see447

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see318

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see310

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see295

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see294

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see286

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see265

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see249

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see245

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see225

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see224

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see215

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see214

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see211

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see202

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see200

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see197

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see196

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see188

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri