Icma.az
close
up
RU
Tacik nazir: COP29da maliyyələşmə ilə bağlı qərarın qəbul edilməsi problemin həlli istiqamətində irəliləyiş oldu MÜSAHİBƏ AZƏRTAC

Tacik nazir: COP29da maliyyələşmə ilə bağlı qərarın qəbul edilməsi problemin həlli istiqamətində irəliləyiş oldu MÜSAHİBƏ AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 29 noyabr, Vüqar Qurbanoğlu, AZƏRTAC

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdi. Beynəlxalq tədbirin yekunu olaraq inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard dollar məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard dollarına çatdırılması ilə bağlı qərar qəbul olundu. Dünyanın əksər inkişaf etməkdə olan ölkələri Bakıda qəbul edilən bu sənədi əlamətdar hadisə kimi dəyərləndirir.

AZƏRTAC-a müsahibə verən Tacikistanın energetika və su resursları naziri Daler Cuma bildirib ki, ölkəsi iqlim dəyişikliyinə çox məruz qalır. Buna görə verilən qərar problemin həlli istiqamətində irəliləyişə səbəb oldu.

- Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirildi. Beynəlxalq tədbirdə mühüm müzakirələr oldu və qərarlar qəbul edildi. Tacikistan hökumətinin nümayəndəsi olaraq COP29-la bağlı fikirləriniz nədir?

- İlk növbədə Azərbaycan hökumətini BMT-nin qlobal xarakter daşıyan əhəmiyyətli tədbirini uğurla keçirdiyi üçün təbrik edirəm. Mən COP-un bir neçə sonuncu tədbirlərində iştirak etmişəm. Bu baxımdan təşkilatçılıq işlərini xüsusilə qeyd etmək lazımdır. Hesab edirəm ki, COP29-da mühüm qərarlar qəbul olundu. Əlbəttə ki, çox çətin məsələlər müzakirə edildi. Burada diqqət əsasən atmosferə karbondioksid qazlarının atılmasının azaldılmasına yönəlmişdi. Bu məsələ hamının iqlim dəyişikliyinə diqqəti çəkməsi üçün çox əhəmiyyətlidir. Bu, Tacikistan üçün ona görə əhəmiyyətlidir ki, bizim ölkəmiz iqlim dəyişmələrinə ən çox məruz qalan 4 ölkədən biridir. Əlbəttə ki, maliyyələşmə məsələsi də mühümdür. Hesab edirəm ki, bu məsələlər konfrans çərçivəsində əks olundu. Bəziləri qərarın ideal olmadığını deyə bilər. Lakin biz hesab edirik ki, problemin həlli istiqamətində irəliləyişə səbəb oldu. Maliyyələşmə məsələsinə toxunaraq qeyd etmək lazımdır ki, inkişaf etmiş dövlətlərin iqlim dəyişmələrinə adaptasiya olmaq istiqamətində inkişafda olan dövlətlər üçün 2035-ci ilə kimi 300 milyard dollar vəsait ayırması mühüm xarakter daşıyır. Mən bu maliyyələşməni əhəmiyyətli və qərarın Bakıda keçirilən COP29-da qəbul edilməsini əlamətdar hadisə hesab edirəm.

- Sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard dollar məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard dollara çatdırılması təmin ediləcək. Sizin bu sənədə münasibətiniz necədir? Bu iqlim dəyişmələri probleminin həllinə nə dərəcədə dəstək olacaq?

- İqlim dəyişmələri üçün qlobal səviyyədə yatırılan sərmayənin həcmi kifayət qədər deyil. Bu məbləğ ən azı 4 dəfə artırılmalıdır. Təəssüf ki, biz hələ 2035-ci ilə kimi gözləməliyik. Lakin buna baxmayaraq maliyyələşmə istiqamətində atılan addımı müsbət hesab etmək olar. Bir daha təkrar edirəm qlobal səviyyədə iqlim dəyişmələrinə gərgin formada adaptasiya olunmaq üçün maliyyələşmə yetərli deyil. Adaptasiya infrastrukturla əlaqəlidir. İnvestisiyalar, yeni texnologiyalar və mühəndis qərarlarının təkmilləşməsinə yönəldilməli, eyni həcmdə alternativ enerji istehsal etməyə sərf olunmalıdır. Yəqin ki, COP konfranslarında iştirak edən nümayəndələr bunun təxirəsalınmaz olduğunu başa düşüblər. 2035-ci ilə kimi dayanıqlı inkişafı təmin etmək zərurətə çevrilib. Su və elektrik enerjisinin əlçatanlığını təmin etmək lazımdır. Hələ ki, qlobal səviyyədə geri qalırıq və bunun əsas səbəbi problemin aradan qaldırılmasına ayrılan maliyyənin yetərli olmamasıdır. Biz bu məsələni həll etməliyik və deməliyəm ki, COP29 qarşıya qoyduğu əsas məqsədə nail oldu.

- Cənab nazir, Tacikistan hökuməti yaşıl enerjiyə maraqlıdır. Ölkəniz bu sahədə nə kimi işlərə başlayıb?

- Tacikistan kifayət qədər yaşıl enerji istehsal edən bir ölkədir. Biz 2027-ci ilə kimi 100 faiz yaşıl enerjiyə keçid etməyi planlaşdırırıq. Hazırda ölkədə istehlak olunan elektrik enerjinin 98 faizi Su Elektrik Stansiyaları (SES) tərəfindən istehsal edilir. Günəş və külək enerji stansiyalarının da tikintisi planlaşdırılır. Hazırda bizim iqtisadiyyatımız neft və qaz məhsullarından daha çox asılıdır ki, biz bu məhsulları idxal edirik. Yaşıl enerjiyə keçidi təmin etmək üçün inkişaf etmiş dövlətlərlə, o cümlədən Yaponiya ilə əməkdaşlıq edirik. Hazırda Tacikistanda Roqun SES inşa edilir və yaxın gələcəkdə 14 milyard kilovat saat elektrik enerjisi istehsal edəcəyik ki, bunun da 70 faizi Mərkəzi və Cənubi Asiyaya ixrac olunacaq. Bizim CASA-1000 (Central Asia-South Asia) adlı 1 milyard dollar dəyərində layihəmiz var. Bu layihənin həyata keçirilməsi nəticəsində istehsal olunan yaşıl enerji Pakistana ixrac olunacaq.

- Yaşıl enerjiyə keçidlə bağlı Azərbaycanla nə kimi əməkdaşlıq nəzərdə tutulur?

- Bakıda keçirilən COP29 çərçivəsində həmkarım, Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə görüşdüm. Biz əməkdaşlıq məsələlərini müzakirə etdik. Mən 2 istiqamət müəyyən etdim. Əvvəla, Azərbaycan da Tacikistan kimi alternativ və bərpaolunan enerji istehsalını artırmağa çalışır, xüsusilə istilik və külək enerjisi istehsalı üzrə işlər aparır. Biz azərbaycanlı sərmayədarları regionumuzda həyata keçirilən layihələrdə iştirak etməyə çağırırıq.

İkincisi isə, Azərbaycan Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı ilə birlikdə əsasən günəş və küləkdən enerji əldə etmək istiqamətində layihələr həyata keçirir. Bu işin spesifik xüsusiyyətləri var ki, bu da “baza gərginliyinin” yaradılmasıdır. Tacikistanın hidroenerji istehsalı üçün böyük potensialı var. Düşünürəm ki, Tacikistanın gələcəkdə yaşıl dəhlizə qoşulmasının yaxşı perspektivi ola bilər. Bu məsələləri geniş şəkildə müzakirə etdik. Yaşıl enerji istehsalı və ixracı sahəsində Azərbaycan ilə əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında heç bir məhdudiyyət görmürəm. Bu istiqamətdə işləri davam etdirəcəyik.

- Ümumiyyətlə Tacikistanın Energetika və Su ehtiyatları Nazirliyi olaraq rəhbərlik etdiyiniz bu sahə ilə bağlı Azərbaycanla hansı ortaq layihəni həyata keçirməyi planlaşdırırsınız?

- Əməkdaşlıq barəsində iki istiqaməti qeyd etdim. Bu əməkdaşlıq 2 formada reallaşa bilər. Birinci, müvafiq nazirliklər arasında mütəmadi əlaqənin qurulmasıdır. İkinci və əsas forma isə dövlətlərarası birgə komissiyadır. Birgə layihələri müzakirə etmək üçün zaman lazımdır. Tacikistanla Azərbaycan arasındakı strateji dostluq münasibətlərini nəzərə alaraq onu deyə bilərəm ki, birgə layihələrin detallarını zamanla müzakirə edəcəyik. İkitərəfli qarşılıqlı əlaqələrin daha da inkişafı üçün hər iki dövlətin rəhbərinin müəyyən etdiyi xətt üzrə irəliləmək və müəyyən olunan layihələri reallığa çevirmək istiqamətində işlər görməliyik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Noyabr 2024 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri