Tahir Baxşıyev: Cavab görüşünə ciddi hazırlaşacağıq
Icma.az, Fanat saytına istinadən bildirir.
NTD Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində "Sumqayıt"la cavab matçına ciddi hazırlaşacaq.
Fanat.Az xəbər verir ki, bunu baş məşqçi Tahir Baxşıyev paytaxt klubunun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis pley-in mərhələsində Sumqayıt təmsilçisinə qarşı ilk matçla bağlı fikirlərini bildirib:
"Komandanı təbrik edirəm. Pley-off yolunda ilk addımı atdıq. Bilirdik ki, bizi çətin oyun gözləyir. "Sumqayıt" yaxşı komanda olduğunu sübut etdi, sona qədər mübarizə apardılar. Bizim isə arxayınlaşmağa haqqımız yoxdur. Cavab görüşü də çox ağır olacaq, ona görə də həmin matça ciddi hazırlaşacağıq".
Baş məşqçi komandanın hazırkı formasından razı olduğunu qeyd edib:
"Hazırda komandamız daha yaxşı oynayır, sadəcə, diqqəti itirmək olmaz. Oyunçularım mənim istədiyim kimi çıxış edə bilirlər. Bu şəkildə davam etsələr, bizi qarşıda hələ çox oyun gözləyir".
Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən NTD - "Sumqayıt" matçı birincilərin 121:107 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 04 Aprel 2026 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















