Icma.az
close
up
RU
Tahir Gözələ istədiyini vermək lazımdı

Tahir Gözələ istədiyini vermək lazımdı

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

“Qarabağ”ın prezidenti Tahir Gözəl artıq illərdi eyni məsələni qaldırır, lakin heç bir nəticəyə nail ola bilmir.

Bu klubun uğurları müzakirə olunarkən azarkeşlərin dartışdığı məqamlardan biri də budu ki, təsisləşmə lazımi səviyyədə deyil, “Qarabağ”ın akademiyasında futbolçu yetişmir, böyük kluba çevrilmək prosesində yubanmalar var. Əslində məsələni belə də qoymaq olar: yaşıl meydandakı nəticələrlə klub infrastrukturunun formalaşması yolunda atılan addımlar bir-birini tamamlamır. Belə müzakirələrin sonunda, adətən, Tahir Gözəl tənqid hədəfinə çevrilir.
b
Amma klub prezidentinin üzərinə bu qədər getməyə dəyərmi? Bir halda ki, prezident illərdi klub akademiyanın tikintisi üçün gözdən keçirdiyi əraziyə heç cür yiyələnə bilmədiyini deyir. Həmin torpaq sahəsi SOCAR-ın balansındadı. Tahir bəy AFFA və SOCAR prezidenti Rövşən Nəcəfə də üz tutub. Dövlət Neft Şirkətinə aid ərazi “Qarabağ”ın yerləşdiyi və stadion tikdiyi yerə bitişikdi. Ağdam klubu orda infrastruktur qurmaq və uşaq futbolunu inkişaf etdirmək niyyətindədi. Bununla bağlı layihə də çoxdan hazırdı. Özü də “Qarabağ” həmin yeri birdəfəlik satın almaq niyyətində deyil. Klubun məqsədi torpağı uzunmüddətli icarəyə götürməkdi. Klub akademiya binası tikmək, bir neçə meydança salmaq, uşaq və yeniyetmələr üçün baza qurmaq arzusundadı.
Tahir bəyin fikri:

"Ən böyük arzularımdan biri “Qarabağ”ın akademiyası üçün müasir infrastruktur qurmaq və yüzlərlə futbolçu yetişdirməkdi. Ümid edirəm ki, dövlət bizə dəstək göstərib Suraxanıdakı bazamızın yanındakı torpaq sahəsini verəcək. Bir iş adamı kimi bu layihəyə 10 milyon manat investisiya yatırmaq istəyirəm”.


Bir iş adamı, həm də müasir “Qarabağ”ın qurulması üçün böyük əmək sərf etmiş iş adamı klubu keyfiyyətcə yeni səviyyəyə qaldırmaq istəyir, bu yolda 10 milyon manatdan keçməyə hazırdı. Maraqlıdı, niyə onun səsinə səs verən yoxdu? Yəni bu ölkənin bir nömrəli futbol brendi, Azərbaycanı dünyaya tanıdan “Qarabağ” adi bir məsələdə yardım görmürsə, onda hansı böyük hədəflərdən danışmaq olar. Dövlət orqanlarının Tahir bəyin müraciətini gec də olsa, eşidəcəyinə ümid edirik.
ORXAN
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Oktyabr 2025 00:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri