Tailandda müəllim şagirdə ağlasığmaz cəza verdi
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Tailandda şagirdi ev tapşırığını yerinə yetirmədiyinə görə cəza olaraq 800 dəfə çömbəlməyə məcbur edən müəllimə qarşı məktəbdaxili araşdırma aparılır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Thaiger" nəşri məlumat yayıb.
Məlumata görə, hadisə Lopburi bölgəsində baş verib. Özünü pis hiss edən oğlanın atası hadisəni sosial mediada paylaşıb. Uşaq şiddətli ayaq ağrısı və böyrək funksiyasının pozulması ilə xəstəxanaya yerləşdirilib.
Araşdırma zamanı müəllimin qayda pozuntuları təsdiqlənib. Müəllim müvəqqəti olaraq işdən kənarlaşdırılıb. Şagirdin vəziyyəti sabitləşib, lakin onun əlavə reabilitasiyaya ehtiyacı var.
Əyalət qubernatoru istintaqı şəxsi nəzarətinə götürüb və yerli rəsmilər zərərçəkənin ailəsindən üzr istəyiblər. Xəstəxanada şagirdi ziyarət etməyə cəhd edən müəllimə giriş icazəsi verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 10 Fevral 2026 06:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















