Icma.az
close
up
RU
Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? İnsanlar daha çox pul xərcləməyə məcbur edilir

Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? İnsanlar daha çox pul xərcləməyə məcbur edilir

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlərin müzakirə mövzularından biri Bakıda hava limanında “Bolt”, “Uber” və s. taksi xidmətlərindən istifadəyə qadağa qoyulmasıdır. Hava limanında taksidən istifadə etmək istəyənlər yalnız oradakı qırmızı rəngli “London taksi”ləri və “Bolt Aeroport”la gəlmək məcburiyyətindədir. Bu taksilərin xidmət haqqı isə digərləri ilə müqayisədə xeyli bahadır. Məsələn, “Bolt”la hava limanından Bakının mərkəzinə 16-17 manata gəlmək mümkün idisə, bu taksilərlə 22-25 manatdan ucuz olmur.

Bizimyol.info xəbər verir ki, artıq iki gündür hava limanında sərnişinlər alternativ taksi xidmətlərindən istifadə edə bilmirlər. Hava limanında telefonda sərnişin “Bolt”, “Uber” tətbiqlərində sifariş vermək istəsə də, alınmır, səhifə donmuş formada görünür.

Heydər Əliyev Beynəlxalq Hava Limanı yaydığı açıqlamada iddia edir ki, bu qadağa sərnişinlərin rahatlığı və xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır: “Bəzən qonaqlar hava limanında rəsmi taksi operatorlarının təqdim etdiyi müxtəlif kateqoriyalara uyğun seçim imkanları ilə yanaşı, heç bir icazəsi olmayan, müvafiq təlim keçməyən və nəqliyyat vasitələri tələb olunan standartlara cavab verməyən şəxslərin israrlı şəkildə taksi xidməti təklif etməsi ilə qarşılaşırlar. Bu isə bəzi hallarda sərnişinlərin aldadılması və narazılıqları ilə nəticələnir”.

Qeyd olunub ki, belə xoşagəlməz halların qarşısını almaq məqsədilə hava limanında fəaliyyət göstərən taksi operatorlarının vahid, keyfiyyətli və tənzimlənmiş xidmət standartlarına uyğun xidmət təqdim etməsi zəruridir. Bu qadağa həm taksi sürücülərini, həm də sərnişinləri narazı salıb.

Taksi sürücüsü Elvin Əliyev Bizimyol.info xəbər portalına bildirib ki, belə qadağanın tətbiqi insanların taksi ilə aeroporta gedişində də çətinliklərlə üzləşməsinə gətirib çıxaracaq. Onun sözlərinə görə, bundan sonra bir çox sürücülər hava limanına sifarişlərdən imtina edəcək: “Əvvəl biz hava limanına sifariş götürürdük, bizə sərf edirdi. Çünki orada da şirkət bizə yeni sifariş verirdi. Yəni boş qayıtmırdıq. İndi biz bir sifarişlə gedəcəyik, oradan boş qayıdacağıq, çünki şirkət oradan sifariş qəbul edə bilmir. O qiymətə də hava limanına gedəndən sonra boş qayıtmaq sərf eləmir. Ya gərək gediş qiyməti qaldırılsın, bu da insanlara sərf eləməyəcək, ya da sürücülərin bir çoxu sifarişi götürməyəcək”.

Tez-tez səfərlərə gedib-gəldiyini və hava limanından evinə gəlmək üçün “Bolt” taksi xidmətindən istifadə etdiyini deyən Teymur Əliyev bu qadağanı “anormal qərar” adlandırıb. O, hesab edir ki, bu qərar digər taksi şirkətlərinin “əl-qolunu açmaq” – onlara şərait yaratmaq məqsədi güdür: “Bunun bircə adı var: monopoliya. Deyirlər ki, aeroportdan avtobus işləyir. Aeroportdan çıxanların hamısı “28 May”a, yaxud da “Koroğlu” metrostansiyasına gəlir? Bu nə məntiqdir? Mən çoxsaylı xarici ölkələrdə olmuşam, heç kimi məcbur eləmirlər ki, sən mütləq filan taksiyə minməlisən. Başqa hava limanlarında şəhərin müxtəlif istiqamətlərinə işləyən çoxsaylı avtobuslar olur, bunlardan danışsınlar. Aeroportların əksəriyyətinə metro çəkilib, belə nümunələr gətirsinlər”.

Ceyhun Məmmədov da hesab edir ki, sərnişinlər üçün “yüksək səviyyəli xidmət” adı altında əslində insanların seçim imkanları məhdudlaşdırılır: “İnsanlar daha çox pul xərcləməyə məcbur edilir. Əgər deyildiyi kimi, məqsəd sərnişinin rahatlığıdırsa, o zaman ona seçim imkanı versinlər, özü bilər ekonom taksi ilə gedər, yoxsa komfortla. Amma bu seçim insanların əlindən alınır”.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 11 Sentyabr 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri