Icma.az
close
up
RU
Taksi sənayesində yeni mərhələ: 2024 cü ildə Bolt un yatırımı ilə biznesin keçid prosesi

Taksi sənayesində yeni mərhələ: 2024 cü ildə Bolt un yatırımı ilə biznesin keçid prosesi

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Bolt" şirkəti Azərbaycanda nəqliyyat texnologiyasının və taksi xidməti ekosisteminin inkişafına uğurla töhfə verməkdə davam edir.

Son illərdə Azərbaycanın nəqliyyat ekosistemi sürətli dəyişikliklərə məruz qalaraq daha dayanıqlı və innovativ həllərin tətbiqinə yönəlib. Xüsusilə taksi sənayesində aparılan tənzimləmələr sektorun şəffaflığını artırmaqla yanaşı, sürücülər və sərnişinlər üçün daha təhlükəsiz və keyfiyyətli xidmət mühitinin yaradılmasını hədəfləyir.

Bu çərçivədə yaşıl və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsi təşviq edilir, rəqəmsal texnologiyaların tətbiqi genişlənir və sektorun inkişafına yönəlmiş yeni qaydalar qüvvəyə minir. Bu qaydalara riayət olunması və yeni təşəbbüslər həm taksi xidmətini göstərən şirkətlərə, həm də sərnişinlərə birbaşa təsir edib və eyni zamanda media tərəfindən də maraqla izlənilir.

Hazırda Azərbaycan marketində lider olan, 50 ölkə və 600 şəhərdə fəaliyyət göstərən "Bolt" şirkəti qabaqcıl texnoloji həlləri və müxtəlif marketlərdəki təcrübəsi sayəsində sürücülərin və avtoparkların dəyişikliklərə asanlıqla uyğunlaşmasına dəstək olub.

"Son illərdə "Bolt" Azərbaycandakı avtoparkların yenilənməsinə böyük həcmdə vəsait yatırıb. Həmçinin, taksi xidmətinin keyfiyyətini və səmərəliliyini artırmaq məqsədilə müasir avtopark idarəçilərinin inkişafına dəstək olaraq "Fleet Meneceri" master-klassını təşkil edirik.

Qeyd edək ki, hər sifarişdən əldə olunan vəsaitin böyük hissəsi sürücülərə və sahibkarlara, gəlir kimi qaytarılır. "Bolt" tərəfindən 2024-cü ilə qədər 40 mindən çox sürücü, minlərlə yerli investor və sahibkar üçün iş və biznes imkanları yaradılmasında dəstək göstərilib.

Bundan əlavə, şirkət yerli avtomobil istehsalını dəstəkləyir. Platformaya qoşulan yeni nəqliyyat vasitələrinin əksəriyyəti "Azərmaş" MMC şirkətinin istehsalıdır və ya yerli diler və distribütordan alınır", - deyə "Bolt" şirkətinin sərnişin vertikalı üzrə baş əməliyyat meneceri Ramil Məhərrəmov bildirib.

Qeyd edək ki, "Bolt" şirkəti köhnə avtomobillərin tədricən daha yeni və ekoloji cəhətdən təmiz modellərlə əvəz olunmasına dəstək məqsədilə innovativ bir layihəyə start verib. "Co-financing" (birgə maliyyəşdirmə proqramı) layihəsi çərçivəsində avtoparklar "Bolt"dan yeni avtomobillər əldə etmək üçün maliyyə dəstəyi alıb. Nəticədə, taksi şirkətləri və tərəfdaş sürücülər mərhələli şəkildə elektrik və hibrid modellərə, daha səmərəli nəqliyyat vasitələrinə keçid edir. 2024-cü ilin sonundan başlayaraq və cari il ərzində "Bolt" tətbiqində yeni elektrik mühərrikli taksilər tədricən istifadəyə verilir.

"Bolt" tətbiqində mövcud olan təhlükəsizlik və rahatlığı təmin edən yeniliklər haqqında sizinlə bölüşürük:

"Car/Driver Verification Feature" (Avtomobil/Sürücünün uyğunluğu)

"Bolt" üçün əsas prioritet sərnişin və sürücünün təhlükəsizliyidir. Buna görə sürücü və nəqliyyat vasitəsi qeydiyyat məlumatları ilə tam uyğun olmalıdır. Qanunvericiliyə əsasən, 15 ildən köhnə avtomobillər deaktiv edilib. Bolt tərəfindən qanuni tələblərə əməl edərək tədbirlər görülüb və lisenziyası olmayan sürücü və avtomobilin tətbiqdə qeydiyyatdan keçməsi artıq mümkün deyil.

Artıq 2023-cü ildən "Bolt" tərifindən "Sürücünün uyğun olması" funksiyası (Driver verification) icra edilib və 2024-cü ilin sonunda "Avtomobilin eyniliyinin yoxlanılması və təsdiqi" funksiyası (car verification) funksiyası icra edilir. Hər iki funksiya avtomobil və sürücünün uyğunluğunu yoxlayaraq, daimi qaydalara riayət olunmasını təmin edir.

Sürücünün kimliyinin mütəmadi yoxlanılması və təsdiqi funksiyası, "Bolt" tətbiqində təhlükəsizliyi artırmaq üçün yaradılmışdır. Bu funksiya, sürücü saxtakarlığının qarşısını almağa və ümumi təhlükəsizliyi gücləndirməyə yönəlib. Qeydiyyat zamanı sürücüdən selfi çəkməsi tələb olunur və təsdiqlənmədiyi halda tətbiqdən istifadə mümkün olmur. Selfi əvvəlcə süni intellekt tərəfindən yoxlanır, əgər təsdiqlənməzsə, insan operator tərəfindən qiymətləndirilir.

Hal-hazırda taksi sifarişi xidməti Azərbaycanın 24 rayonunda fəaliyyət göstərir. 2025-ci il ərzində ölkəmizin daha da çox rayonlarında xidmətin işə salınması planlaşdırılır. Xidmətin hər bir vətəndaş üçün daha əlverişli, rahat və təhlükəsiz olması məqsədilə gündəlik olaraq "Bolt" komandası tərəfindən inkişaf və təkmilləşdirmə işləri aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Mart 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri