Icma.az
close
up
RU
Taksi sürücüləri üçün yeni vergi sistemi qiymətləri bahalaşdıracaq?

Taksi sürücüləri üçün yeni vergi sistemi qiymətləri bahalaşdıracaq?

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda taksi xidmətləri üzrə vergi inzibatçılığının dəyişməsi nəzərdə tutulur.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə və bir neçə qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bildirib.

Onun sözlərinə görə, dəyişiklikdən sonra qazancı az olanlar daha aşağı, çox gəlir əldə edənlər isə ona uyğun olaraq vergi ödəyəcəklər.

Nicat İmanov əlavə edib ki, hazırda vergi fərqlənmə nişanının alınması şəklində həyata keçirilir, yəni sabit şəkildə gəlirin az və ya çox olmasından asılı deyil. Başqa sözlə, 18 manat məbləğində vergi ödənişi aparılır:

"Hazırkı təklif isə daha balanslı və gəlir əsaslı vergi modelinin tətbiqidir. Yəni operatorlar tərəfindən ödəmə mənbəyində verginin tutulması ilə taksi fəaliyyəti göstərənlərin inzibatçılıq yükünün aradan qaldırılması, onlara çatacaq məbləğlərdən dövlətə 1% məbləğin tutulması ilə gəlirdən verginin tutulması şəklində keçir".

Maraqlıdır, dəyişiklik taksi fəaliyyətinə necə təsir edəcək? Taksi qiymətlərində artım ola bilərmi?

Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.Az-ın suallarını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov qeyd edib ki, sözügedən dəyişiklik ədalətli mexanizmdir:

"Hazırda bir çox taksi sürücüsünün vəziyyəti o qədər də yaxşı deyil. Taksi operatoru şirkətləri sürücüləri kifayət qədər istismar edirlər. Belə ki, taksi operatoru şirkətləri sürücülərdən göstərdikləri xidmətə görə əldə etdikləri məbləğin 30 faizini komissiya haqqı kimi alırlar. Məsələn, taksi sürücüsü 10 manat qazanırsa, bunun 3 manatını taksi operatoru şirkətinə ödəyir. Bu isə kifayət qədər böyük rəqəmdir.

Əgər biz həqiqətən də taksi sürücülərinin maddi rifahının yüksəlməsini istəyiriksə, bu faiz dərəcələri azaldılmalıdır. Taksi operatoru şirkətləri qarşısında məsələ qaldırılmalı və komissiya haqlarının aşağı salınması tələb edilməlidir.

Vergi məsələsinə gəlincə, az işləyənin az, çox işləyənin isə çox vergi ödəməsi ədalətli mexanizmdir. Ancaq o demək deyil ki, yeni qərar taksi sürücülərinin maddi rifahını yüksəldəcək".

Onun sözlərinə görə, taksi qiymətləri tələb və təklif əsasında formalaşır:

"Qiymətlər sutkanın saatına, iqlim və hava şəraitinə görə dəyişir.

Ona görə də düşünmürəm ki, bu qərar qiymətlərə ciddi təsir göstərəcək. Lakin müəyyən müddətdən sonra taksi sürücülərinin gəlirləri azalarsa, taksi operatoru şirkətləri tədricən qiymətləri artırmağa məcbur qala bilərlər. Amma hazırda qiymətlərin artacağını demək mümkün deyil".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Noyabr 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri