Icma.az
close
up
RU
Taksi sürücülərinin 70 faizinin kredit borcu var

Taksi sürücülərinin 70 faizinin kredit borcu var

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı ictimai müzakirələr fonunda Bakı və Abşeron ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxslər arasında keçirilmiş sosioloji sorğu bir sıra mühüm nəticələri üzə çıxarıb.

Sorğunun nəticələrinə əsasən, taksi fəaliyyəti ilə məşğul olanların 54.6%-i 35 yaş və ondan aşağı yaş qrupuna, 27.5%-i 36-45 yaş qrupuna, 12.3%-i 46-55 yaş qrupuna, 5.7%-i 56-65 yaş qrupuna mənsubdur. Başqa sözlə, taksi sürücülərinin əksəriyyəti gənc və orta yaşlı insanlardır.

Taksi sürücülərinin 69.0%-i son 5 ildir bu fəaliyyətlə məşğul olur. Həmçinin onların 54.9%-nin son 3 il ərzində taksi xidməti göstərməyə başlaması bu sahəyə yeni daxil olanların üstünlük təşkil etdiyini deməyə əsas verir. Taksi fəaliyyəti ilə məşğul olanların 19.0%-nin bu sahədə fəaliyyət müddəti 5 ildən 10 ilə qədər, 12.0%-nin 10 ildən yuxarıdır.

Taksi xidməti göstərənlərin əməkdaşlıq etdikləri şirkətlər arasında ilk üçlükdə “Bolt” (75.9%), “Uber” (49.2%) və “Yango” (16.9%) taksi aqreqatorları dayanır.
Taksi sürücülərinin 38.7%-i taksi fəaliyyəti ilə gündəlik orta hesabla 8 saat və ya ondan az, 22.6%-i 8-10 saat, 38.7%-i 10 saatdan çox məşğul olur. Başqa sözlə, taksi sürücülərinin yarıdan çoxu (61.3%-i) gündəlik orta hesabla 8 saatdan çox işləyir.

Sorğunun nəticələrinə əsasən, taksi fəaliyyəti onların 81.8%-nin əsas məşğulluq sahəsidir. Taksi sürücülərinin 17.7%-i taksi fəaliyyəti ilə əlavə iş kimi məşğul olduğunu bildirib, 0.5% bu barədə məlumat verməyib.

Taksi fəaliyyəti ilə əlavə iş kimi məşğul olanların 72.5%-i bu işlə gündəlik 8 saata qədər məşğul olur. Taksi fəaliyyətinin əsas işi olduğunu bildirənlərin 69.0%-i bu işlə gündəlik 8 saatdan çox məşğuldur.

Taksi fəaliyyəti ilə əsas iş kimi məşğul olan hər üç nəfərdən birinin (33.9%) avtomobildən icarə formasında istifadə etdiyi məlum olub.
Taksi fəaliyyəti ilə məşğul olanların 70.5%-i hazırda kredit borcunun olduğunu bildirib.

Sorğunun nəticələrinə görə, taksi fəaliyyətində istifadə olunan minik avtomobillərinin 47.2%-i hibrid, 32.6%-i benzin, 0.8%-i qaz, 19.4%-i dizel mühərriklidir. Sorğu iştirakçıları arasında elektromobil istifadəçilərinə rast gəlinməyib.

Taksi fəaliyyəti ilə məşğul olanların 45.6%-i istifadə etdiyi avtomobilin şəxsi mülkiyyəti, 3.8%-i ailə üzvünə, yaxud yaxınına məxsus olduğunu bildirib. 20.0%-i avtomobilin lizinq, yaxud kreditdə olduğunu, 30.5%-i gündəlik, yaxud aylıq icarə formasında istifadə etdiyini qeyd edib.

Bakı və Abşeron sakinləri arasında keçirilmiş rəy sorğusunun nəticələrinə əsasən, vətəndaşların 77.7%-i avtobusdan, 75.3%-i taksidən, 59.7%-i metrodan, 6.2%-i şəhərətrafı dəmiryolundan, 4.4%-i digər nəqliyyat vasitələrindən istifadə edir. 10.7% ictimai nəqliyyatdan istifadə etmir.

Avtobus nəqliyyatının hazırkı vəziyyəti respondentlərin 57.7%-ni qane etmir. Bu göstərici metro xidmətləri üzrə 24.7%-ə, taksilər üzrə 22.9%-ə bərabərdir.
Bakı və Abşeronda yaşayan respondentlərin 9.3%-i taksi xidmətlərindən gündəlik olaraq, 30.7%-i həftədə bir neçə dəfə, 57.6%-i ayda bir neçə dəfə istifadə etdiyini bildirib.

Onların 65.2%-i taksi xidmətinə rahat və sürətli, 31.4%-i eyni zamanda ucuz və sərfəli olduğu üçün, 26.9%-i avtobusların vaxt intervalının gec olması, 21.4%-i avtobus və metrolardakı sıxlıq, 14.8%-i avtobus marşrut xətlərinin uyğun olmaması səbəbindən üstünlük verir.

Taksi xidmətlərindən istifadə edərkən, sərnişinlərin 41.0%-i taksi minik avtomobilinin vəziyyətinin qənaətbəxş olmaması, 36.9%-i sürücünün telefondan istifadə etməsi, 30.7% sürücünün siqaret çəkməsi, 22.4%-i sürücü mədəniyyətinin aşağı olması, 20.0%-i yol hərəkəti qaydalarını pozması, 20.0%-i yüksək səslə musiqi dinləməsi, 19.7%-i ödəniş qalığını qaytarmaması, 15.5%-i qeyri-etik davranışı halları ilə mütəmadi qarşılaşdığını bildirib.

Qeyd edək ki, tədqiqat kəmiyyət metodologiyası əsasında olmaqla iki mərhələdə aparılıb. Sosioloji sorğunun hədəf qrupu kimi, ilk mərhələdə Bakı və Abşeron ərazisində taksi fəaliyyəti ilə məşğul olan 390 nəfər əhatə olunub. Hədəf qrup üzrə respondentlərin müəyyən olunmasında qartopu üsulu tətbiq edilib. İkinci mərhələdə sosioloji sorğunun hədəf qrupu Bakı və Abşeronda yaşayan əhali müəyyən edilib. Seçmə çərçivəsinə daxil edilən 390 nəfərin müəyyən olunmasında ehtimallı seçmə üsulundan istifadə olunub. Seçmə çərçivəsi əhalinin paylanmasına proporsional müəyyən edilib, gender bərabərliyi qorunub.

İlk mərhələ üzrə məlumatların toplanılması 2024-cü ilin 2 aprel – 8 aprel tarixlərində, ikinci mərhələ üzrə 9 aprel – 15 aprel tarixləri arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə edilməklə həyata keçirilib. Sorğular hər iki qrup üzrə 18 yaş və ondan yuxarı ümumilikdə 780 nəfəri əhatə edib. Sorğuda əhatə olunmuş respondent sayına əsasən, nəticələrin hər iki qrup üzrə xəta əmsalı 95% əminlik intervalında 5%-ə bərabər olub.

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://azpost.info
archiveBu xəbər 11 Aprel 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri