Taksi sürücüsü nişanı və zolağı heçə sayıb maşını keçidin üzərində park etdi FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Paytaxtın Binəqədi rayonu, Abay Kunanbayev küçəsində dayanma-durma qaydasını pozan sürücü görüntülənib.
Bu barədə təlimçi Arzu Babazadə Avtosfer.az-ın “Whatsapp” ünvanına fotoşəkillər göndərib. Belə ki, taksi fəaliyyətiylə məşğul olan 90-YJ-682 dövlət nömrə nişanlı “FAW” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini piyada keçidinin üzərində saxlayıb. Təlimçinin sözlərinə görə, sürücü dəqiqələrlə keçidi zəbt edib. Nəticədə o, piyadaların hərəkətinə əngəl törədib.
Qeyd edək ki, saytımız vasitəsilə bir müddət əvvəl sözügedən ərazidə piyada keçidinin olmamasıyla bağlı yazı dərc olunmuşdu. Bundan sonra küçədə piyada keçidi nişanı və zolağı təşkil edildi.
Nərmin

Baxış sayı:135
Bu xəbər 19 May 2025 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















