Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Taksidən istifadə edənlərin sayında azalma: Sərnişinlər ictimai nəqliyyata üz tuturlar

Taksidən istifadə edənlərin sayında azalma: Sərnişinlər ictimai nəqliyyata üz tuturlar

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

"Taksilərlə bağlı həyata keçirilən tənzimləmələr qısamüddətli səfərlərdən istifadə edən sərnişinlərin tədricən ictimai nəqliyyata keçməsi ilə nəticələnib".

Bu fikirləri sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib. Onun sözlərinə görə, Azərbaycanda taksidən istifadə edənlərin sayında azalma müşahidə olunub. Onlardan 50 faizi avtobusa, 20 faizi isə metroya keçid edib. Taksilərlə daşımada orta qiymət 2.2 manat artıb. Orta səfər məsafəsi isə 34 faiz çoxalıb. Bununla yanaşı, taksilərin orta təqdim olunma vaxtı 1.2 dəqiqə yüksəlib.

Qeyd edək ki, sosial şəbəkələrdə də taksi sürücüləri sərnişinlərin azaldığını təsdiqləyirlər. Onların sözlərinə görə, nə komfort, nə də ekonom kateqoriyasında əvvəlki qədər sərnişin olmur. Hətta sürücülərin bəziləri sərnişinlərin az olması səbəbindən gündəlik tələb edilən kvotanı da doldura bilmirlər.

Taksidən istifadədə beş milyondan çox azalma böyük göstəricidir. Bəs sərnişinlərin birdən-birə bu qədər azalmasına səbəb nədir? Azalma gələcək dövr üçün də davam edə bilərmi?

Kaspi qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Taksi ilə səyahət etməyi üstün tuturdular

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəqliyyat fakültəsinin baş müəllimi Bulud Bağırov bildirib ki, taksidə sərnişinlərin sayının azalmasının əsas səbəblərindən biri qiymətlərin yüksəlməsidir: "Taksidən sovet dövründə hər insan istifadə edə bilmirdi. Amma son dövrlərə qədər taksilərin qiyməti o qədər aşağı idi ki, insanlar hətta öz maşınları ilə yox, taksi ilə səyahət etməyi üstün tuturdular. Bu, daha sərfəli idi. Əvvəl yollarda "Prius"ların əlindən tərpənmək olmurdu. İndi sayları xeyli azalıb. Bu da qiymətlərə təsir edib".

B.Bağırovun fikrincə, ictimai nəqliyyat inkişaf etdikcə, insanlar taksilərdən imtina edəcək:

"Həmçinin taksilər tıxaclar səbəbindən vaxtında ünvana çata bilmirlər. Bu səbəbdən, insanlar daha sürətli olsun deyə, metrodan, bir çox hallarda da avtobusdan istifadə edirlər. Velosiped yolları da çəkildikcə, gənclər mikromobillik vasitələrinə yönəlirlər. Qurumlar da elə buna çalışırlar ki, insanlar daha çox ictimai nəqliyyata yönəlsinlər. Xarici ölkələrdə hətta yaşlı nəslin nümayəndələri belə velosipedlə hərəkət edirlər. Bizim ölkəmizdə də ilin 12 ayının əksəriyyətində havalar mülayim keçir. İnfrastruktur təmin edildikdən sonra istifadəçilərin sayı daha da artacaq. İctimai nəqliyyatdakı problemlər də bitdikdə, insanların taksilərdən istifadəsinə elə də ehtiyac qalmayacaq".

Bu şəxslər taksi sürməli deyil

Ekspert bildirir ki, bu sahədə sadəcə peşəkar sürücülərin olması vacibdir:

"Hər sürücülük vəsiqəsi alan şəxs taksi sürməli deyil. İnsanların əksəriyyəti asan işə yönəlmək istəyirlər. Bu səbəbdən də taksi sürücülərinin sayı hədsiz çox idi. Həqiqətən bu sənətin peşəkarı olan sürücülər özlərinə iş tapacaq".

Şirkətlər qiymətləri qaldırırlar

Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti İsmayıl Çobanzadənin fikrincə, şirkətlər aldıqları maşınların xərcini çıxarmaq üçün qiymətləri yüksəldirlər. Bu da təbii ki, insanların əksəriyyətinə sərf etmir:

"Əvvəllər taksi şirkətləri rahat şəkildə hər qeydiyyatdan keçəni işə götürürdülər. İndi isə yalnız tələblərə cavab verən və imtahandan keçib sertifikat alan sürücüləri işə qəbul edirlər. Şirkətlərə də çox böyük cərimələr tətbiq edildi. Maşınların ili də artıq yeni olmalıdır. Yeni maşınların da qiyməti daha yüksək olduğu üçün hər adam avtomobil alıb taksi kimi sürə bilmir. Artıq şirkətlər özləri yeni maşınlar gətirirlər. Bu zaman da şirkət maşınlara xərclədiyi pulu çıxarmaq üçün qiymətləri yüksək təyin edir. Taksi qiymətləri aşağı olanda insanlar vərdiş etmişdilər. Amma qiymətlər yüksəldikcə artıq insanlar hər dəfə taksiyə minə bilmirlər".

"Sərnişin olanda da sürücü getmir"

İ.Çobanzadə sərnişinlərin taksidən narazılıq etdiyi məqamlara da toxunub:

"Düzdür, sürücülər sərnişin azaldığı üçün narazılıq edirlər. Lakin sərnişinlərin azalmasında taksi sürücülərinin də rolu az deyil. Çünki sərnişin olduğu zaman onlar problem yaradırlar, getmək istəmirlər. Məsələn, günün pik saatlarında bir çox sürücü maşın sürmək istəmir. Sərnişinlər də şikayət edirlər ki, taksi çağırırıq, yarım saat, bəzən ondan da çox gözləyirik. Lakin sonda sürücü ya qiymətin sərf etmədiyini, ya da həmin əraziyə, məsafəyə getmək istəmədiyini bildirir. Qiymətlər nə qədər yüksəlmiş olsa da, taksi sürücüləri yenə də deyirlər ki, şirkətlər qiymətləri çox aşağı təyin edir. Düşünürəm ki, tədricən bütün bu məsələlər öz həllini tapacaq. İctimai nəqliyyat da düzəldikdən sonra insanlar taksidən uzaqlaşacaqlar".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 Noyabr 2024 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri