Icma.az
close
up
RU
“Saz üstündə köklənmişəm...” Həzi HƏSƏNLİ yazır

“Saz üstündə köklənmişəm...” Həzi HƏSƏNLİ yazır

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Gəlimli- gedimli dünya

Onun ömrü maraqlı bir kitaba bənzəyir. Həyat və yaradıcılığı haqqında oxunaqlı bir kitab yazmaq olar. Amma bu məqalədə onun bütün yaradıcılığı haqqında oxucuda geniş təsəvvür yaratmaq mümkünsüzdür. Ömür kitabına vurduğu naxışlar, yaradıcılığında qoyduğu izlər bir qəzet məqaləsinə sığan deyil. Elxan Məmmədlinin özü də yerə, göyə sığan adam deyildi, axı!

 O, əvvəlcə Azərbaycan radiosunda “Bulaq” verlişinin aparıcı müəlliflərindən biri kimi fəaliyyətə başladı. Yaradıcı ömrünün on ildən çoxunu “Bulağ”a həsr etdi. Sonra isə fəaliyyətini AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun folklor şöbəsində davam etdirdi. Həmin dövrdə tədqiqatçı-alim kimi bir sıra folklor nümunələrinin işıq üzü görməsində yorulmadan çalışdı. İki cilddən ibarət “Azərbaycan aşıqları və el şairləri”, “Azərbaycan bayatıları”, “Cinaslar”, “Bayatı, qoşma, təcnis”, “Borçalı şair Nəbi” adlı kitabların tərtibi və toplanması da onun əməyinin məhsuludur.Daha sonra üçcildlik “Borçalı folkloru” kitablarıını nəşr etdirdi.

O, aşıq sənətinin təbliğinə bir ömür həsr etdi. Ona görə insanların ürəyinə yol tapa bildi. Folklorumuzun gözəl bilicisi idi."Azərbaycan aşıq yaradıcılığında təcnis" mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi və filologiya elmləri namizədi alimlik dərəcəsi aldı. Ömrünün sonunadək-uzun illər AMEA-nın Folklor İnstitutunda "Aşıq yaradıcılığı" şöbəsinin müdiri işlədi.

... İllər ötəcək, özü həyatda olmasa da, onun nəcib insani sifətləri çoxlarının yadında qalacaq. Bu da Elxan müəllimin özündən sonra övladları üçün qoyub getdiyi dəyərli bir irsdir. Sadəliyi, səmimiyyəti, təvazökarlığı, dostcanlılığı və yaxşı işi ilə çalışdığı kollektivin və əhatəsində olan insanların hörmətini qazandı.Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çağdaş Azərbaycan folklorçuları içərisində Elxan Məmmədli qədər xalqla yaxın ünsiyyətdə olan ikinci bir araşdırmaçının olmadığını qeydedir: “Sazdan-sözdən söhbət gedən elə bir məclis olmaz ki, orada Elxan Məmmədli xatırlanmasın. Bu sahənin ən mübahisəli, qa­ran­lıq problem­lə­ri­nin aydınlaşmasında onun faktoloji biliyi hər zaman həlledici olur. Elxan sazı və bütövlükdə aşıqlığı ustad aşıqların özü səviy­yəsində bilir. Mən dəfələrlə müşahidə etmişəm ki, onun olduğu saz-söz məclislərində aşıqlar öz çalğı və oxumalarına xüsusi həssaslıqla yanaşırlar”.

O, təbiəti etibarı ilə mehriban və ünsiyyətcil idi. Saz sənətinin sirlərinə bələdliyi gendən, qandan vəBorçalı kökənli olmasından irəli gəlirdi. Bir tərəfdən yaşadığı şəhər mühiti ilə, bir tərəfdən də köksündə boy atdığı Borçalı mahalı ilə sıx təmasda olurdu. Bu da bir həqiqətdir ki, o, gözünü açıb Borçalının Aşıq Hüseyn Saraclı, Əmrah Gülməmmədov, Kamandar Əfəndiyev kimi ustad aşıqlarını görmüşdü. Həm də öz atası Hüseynqulu Məmmədlidən ustad dərsi almışdı. Hüseynqulu müəllimin Qorqudşünaslığa dair kitabı və çoxsaylı məqalələri də nadir estetik fölklor nümunələridir. Elxan Məmmədlinin folklorşünas alim kimi yetişməsində Hüseynqulu müəllimin təsiri az olmamışdır desək, yanılmarıq.

 Dünyadan köçüb gedən hər adamdan nişanə qalmır. Xöş o insanın halına ki özündən sonra ondan qiymətli bir nişanə qalır.Elxan Məmmədlidən qalan nişanələr 40 illik bir tarixə söykənir. Azərbaycan radio və televiziyasında “Bulaq”, “Ustadnamə”, “Sazın-sözün sehrində”, “Gözəlləmə” və “Sarıtel” verilişlərinin müəllifi və aparıcısı idi.Onun “Sarıtel” verilişi daha çox dinləyicilərin ürəyindən xəbər verirdi. Mən “Sarıtel”i maraqla izləyir, hər verilişi intizarla gözləyirdim. “Sarıtel” Elxan Məmmədlinin yaradıcılığının əsas qollarından biri idi. Bu, onun yaradıcılığına yaxından bələd olmaq üçün bir açardır. Onun verilişləri də özü kimi, sözü kimi bəzəksiz, düzəksiz olurdu. Verilişboyu ürəyindəkiləri dilə gətirirdi. “Sarıtel” sərin sulu, şəffaf bir dağ çeşməsinə bənzəyirdi. Qayaların arasından sızaraq üzə çıxan, qaynayan bu çeşmənin suyundan min-min insanlar “içirdi”. Ömrünün sonuna kimi bu çeşmənin suyundan dinləyicilərə pay verdi. Sözü- söhbəti könüllərdən bahar nəğmələri kimi süzülüb keçdi.

Elxan Məmmədlini lap uşaq vaxtlarımdan tanıyırdım. Doğmalığımızın yaşı qədimdir desəm, yalan olmaz. O, rəhmətlik şəhid qardaşım Almazın uşaqlıq dostu idi. Yaxşı yadımdadır,qardaşımla bizim kənd evimizə gələrdi. Qardaşımın qarmonunda gözəl saz havaları ifa edərdi. Məni harda görsə, həmişə kiçik qardaş kimi isti ürəklə dindirirdi. Aramızda qırılmaz könül bağları vardı. Son illərdə  ünsiyyətimiz daha sıx olurdu.

Aşıq sənəti ilə bağlı ülvi xidmətləri həmişə xalq tərəfindən yüksək qiymətləndirilirdi. Dövlətimiz tərəfindən də “Əməkdar mədəniyyət işçisi” kimi fəxri ada layiq görüldü.

 Elxan Məmmədli xaraktercə nikbin adam idi. Daim üzü gülərdi, xoş danışar, xoş dillənərdi. Amma vəfalı və cəfalı ömür-gün yoldaşı Səfiyyə xanımın vəfatından sonra qəhər dilində düyün saldı.  Ona həm bir ömür-gün yoldaşı, həm də bir həkim kimi qayğı göstərən Səfiyyə xanımın ayrılığına dözə bilmirdi, xiffət edirdi. Doğru deyiblər ki, su axar, çuxuru tapar. Elxan müəllimlə Səfiyyə xanım bir-birinə çox gözəl yaraşırdı. Uzun illərin əzab-əziyyətindən, çətinliklərindən keçib gəlmişdilər. Mən tələbəlik illərində dəfələrlə onların evində qonaq olmuşdum. Səfiyyə xanımın çayından içmişdim, süfrəsində çörək kəsmişdim. Onların ailə ocağını həyat ətri, insan nəfəsi, körpə gülüşü bəzəyirdi. Övladları Xuramanın, Elnurun uşaqlıq çağları hələ də gözlərim önündə canlanır. İndi Xuraman həkim, Elnur isə böyük bir kollektivin rəhbəridir. Özlərinin də nümunəvi ailələri var.

 Səfiyyə xanımın vəfatından sonra övladları, nəvələri hər zaman Elxan müəllimin yanında olsalar da,  təkliyin qüssəsini özü təkcə çəkirdi. Bunu övladlarına və nəvələrinə hiss etdirmirdi. Səksən yaşına yenicə qədəm qoyanda dostlarına deyirmiş ki, bəlkə də səksəni tamamlamaq mənə qismət olmayacaq...

... Bəd xəbər quş qanadlı olur, deyirlər. Elxan Məmmədlinin qəfil ölümü doğmalarını, dostlarını çox kədərləndirdi. O,  1946 – cı ilin soyuq bir qış günündə Borçalının Faxralı kəndində dünyaya gəlmişdi.Dünyadan köçməyi isə Bakıda, bir bahar günündə oldu, bahar nəğməsi kimi oldu...Beləcə, ilk baharda bir yaz mehi kimi  bizdən ayrıldı, sazdan ayrıldı Elxan Məmmədli.

Bu günlərdə qardaşı Eldar müəllim Elxan Məmmədlinin öz səsində bir neçə şeirini mənə göndərdi, dinlədim. Deyirdi:

Saz üstündə köklənmişəm,

Özgə kökə yatammaram...

 Doğrudan da Elxan Məmmədlinin ruhu saz üstündə köklənmişdi. Saz- söz məclislərinin yaraşığı idi. Harda saz vardı, orda Elxan müəllim məclislərin başında olardı. Sözü-söhbəti nağıllara, dastanlara sığmazdi. Ədəb-ərkan məclislərindəki danışığı özündə dərin mənaları, müqəddəs hissləri ehtiva edirdi.

Sazla baş-başa yaşayıb ömrünün səksəninci baharına qədəm qoymuşdu. Onun ömrü gələcək nəsillərə örnək ola bilən bir ömür idi.

  Aprelin 29-da vəfatından 40 gün ötür, saz üstündə köklənən ruhuna qosqocaman bir EYVALLAH, Elxan Məmmədli!..

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 Aprel 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see282

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see262

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see137

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri