Taleh Qaraşovun qalmaqalla vəzifədən azad edilən müavini seçkidən geri çəkildi
Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Lənkəran Rayon İcra Hakimiyyəti başçısının məktəbliyə zorakılıq etdiyinə görə vəzifəsindən çıxarılan sabiq müavini Rəsilə Əliyeva bələdiyyə seçkilərində namizədliyini geri götürüb.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Rəsilə Arifqızı Əliyeva Lənkəran Şəhər Bələdiyyəsinin üzvlüyünə namizədliyini irəli sürsə də, onun adı MSK-nın saytında yerləşdirilən siyahıda yoxdur.
Qeyd edək ki, Rəsilə Əliyeva İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub. 2022-ci ilin iyulunda Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb.
Araşdırmalardan sonra Rəsilə Əliyeva vəzifəsindən azad edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 10 Yanvar 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















