Taleh Yüzbəyov: “Qarabağ” tilsimi qıracaq, uğurlu nəticə görəcəyik” İdman və Biz
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Düzdür, “Bodo Qlimt” güclü komandadır. Ancaq “Qarabağ” da uğursuzluq seriyasını artıq qırmalıdır. Məncə, dönüş nöqtəsi məhz, bu oyun olacaq”.
Bunu İdman.bizə aktyor, ssenarist Taleh Yüzbəyov deyib.
O, “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində “Bodo Qlimt”lə (Norveç) matçından gözləntilərini açıqlayıb. Yüzbəyov bildirib ki, son oyunlardakı məğlubiyyətinin səbəbi yeni sistemdir: “Hazırda “Qarabağ” ölkəmizi Avropada təmsil edən əsas klubdur. Amma böyük komandalar belə - “Real”dan “Mançester Siti”sinə kimi hələ yeni formata müəyyən qədər uyğunlaşa bilməyiblər. Fikrimcə, “Qarabağ”ın son oyunlardakı uğursuzluğunun birbaşa səbəbi budur. Ümid edirəm ki, bu tilsim qırılacaq və biz maraqlı bir oyun, uğurlu nəticə görəcəyik. Fikrimcə, “Qarabağ” 2:1 hesabı ilə qalib gələcək”.
Qeyd edək ki, “Bodo Qlimt” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:45 başlayacaq.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 07 Noyabr 2024 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















