Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Taleh Ziyadov: “Bakı limanının II mərhələsinin inşası ilə bağlı məsələ gələn ilin əvvəlində dəqiqləşəcək” EKSKLÜZİV

Taleh Ziyadov: “Bakı limanının II mərhələsinin inşası ilə bağlı məsələ gələn ilin əvvəlində dəqiqləşəcək” EKSKLÜZİV

Icma.az bildirir, Report.az portalına istinadən.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ikinci mərhələsinin inşası ilə bağlı məsələ gələn ilin yanvar ayında dəqiqləşəcək.

Bunu “Report”a açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bildirib.

“Bakı Limanının ikinci mərhələsi ilə bağlı hazırlıq layihəsi üzərində işlər, dizayn da daxil olmaqla artıq yekunlaşıb. Amma onun həyata keçirilməsi ilə bağlı məsələ qərar verilmə mərhələsindədir”, - T. Ziyadov əlavə edib.

Onun sözlərinə görə, Bakı Limanının inşasının birinci mərhələsi 2018-ci ildə yekunlaşıb. Hazırda limanın yükaşırma həcmi 100 000 TEU konteyner daxil olmaqla illik 15 milyon ton olub. İkinci fazanın yekunlaşdırılmasından sonra isə limandan ildə 25 milyon tona qədər yükün aşırılacağı, 500 min TEU konteynerin keçə biləcəyi planlaşdırılıb.

2024-cü ilin nəticələrinə toxunaraq T. Ziyadov bildirib: "Göstəricilərimiz proqnozların üzərindədir. Məsələn, konteyner, TIR daşımalarında çox yüksək nəticələr əldə edilib. Bu istiqamətdə göstəricilərin gələn il daha da artacağını gözləyirik. Xüsusilə gömrük rəsmilləşdirilməsi nəticəsində idxal-ixrac əməliyyatlarında artım olacağını proqnozlaşdırırıq. Ötən ildə ən böyük artım tranzit sahəsində müşahidə olunub. Söhbət xüsusilə Çindən Avropa istiqamətində daşınan yüklərin tranzitindən gedir. Bu, əlbəttə ki, Orta Dəhliz layihəsi ilə bağlıdır. Biz bu artımın dayanıqlı olmasını istəyirik”.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir. 2023-cü ildə bu marşrutla 2,7 milyon tondan çox yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 % çoxdur. Bu ilin yanvar-noyabr aylarında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 63 % artaraq 4,1 milyon tona çatıb.

Bakı Limanında 2023-cü ildə 7,4 milyon ton yük aşırılıb. Bu, 2022-ci illə müqayisədə, təxminən, 16 % çoxdur. Ümumi yükaşırmanın 5,3 milyon tonu və yaxud 72 %-i tranzit yük­lərin payına düşüb. Hesabat ilində vaqon aşırılması 3,5 % azalaraq 37,3 min ədəd olub. Vaqonların 18,6 mini və yaxud 49,7 %-i Bakı–Türkmənbaşı–Bakı, 18,7 mini və yaxud 50,3 %-i isə Bakı–Kurık–Aktau–Bakı istiqamətində hərəkət edib.

Bununla yanaşı, 2023-cü ildə iri həcmli nəqliyyat vasitələrinin (TIR) sayı əvvəlki ilə nisbətən 5,3 %arta­raq 54,2 min ədəd olub. Bu nəqliyyat vasitələrinin 25,8 mini (47,6 %-i) Bakı–Türkmənbaşı–Bakı, 28,4 mini (52,4 %-i) isə Bakı Kurık–Bakı istiqamətində daşınıb. Hesabat dövründə konteyner­lərin aşırılması TEU ekvivalentində 16 % azalaraq 43,9 min olub.

Prezident İlham Əliyevin 2023-cü il noyabrın 23-də təsdiq etdiyi “Azər­baycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri­nin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Pla­nı”na əsasən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində qarşıdakı 3 il ərzində çeşidləmə məntəqəsində əlavə 4 dəmiryolu xətti və konteyner terminalı tikiləcək ki, bu da yüklərin çeşidlənmə­sində operativliyin təmin edilməsinə im­kan yaradacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://report.az
archiveBu xəbər 18 Dekabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri