Icma.az
close
up
RU
Talelərinə əbədi qonşuluq yazılmış 2 sənətkar

Talelərinə əbədi qonşuluq yazılmış 2 sənətkar

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən olan Səttar Bəhlulzadə milli impressionizmin banisi kimi tanınıb. Dünyanın bir çox şəhərlərində əsərlərinin sərgiləri sənətsevərləri heyran qoyub.

Fitri istedad sahibi olan Səttar Bəhlulzadə 1909-cu ilin bu günündə Bakı qəzasının Əmircan kəndində doğulub. Azərbaycan Dövlər Rəssamlıq Məktəbində və Moskva Dövlər Rəssamlıq İnstitutunda oxuyub. Hələ texnikumda tələbə ikən müəllimi, məşhur rəssam Əzim Əzimzadənin diqqətini çəkən Səttar onun baş rəssam olduğu “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetində müxtəlif mövzularda karikaturalar çəkmək təklifi alıb. Gələcəyin böyük rəssamı təklifi məmnuniyyətlə qəbul edərək, bu janrda da gözəl işlər ortaya qoyub.

Moskvada oxuyanda isə həm sənətin incəliklərini mənimsəyib, həm də Tretyakov qalereyasında, Puşkin muzeyində yerli və xarici rəssamların əsərlərinin surətlərini çıxarmaqla daha da püxtələşib.

Daha sonra mənzərə janrına meyil salıb. Özü də məhz Azərbaycanda doğma xalqın həyatı, Vətən torpağı onun əsl ilham mənbəyinə çevrilib. Rəssam ölkənin bir çox yerlərini, xüsusilə də Abşeron yarımadasını gəzib-dolaşıb, gördüklərini “Bilgəh”, “Əmircan”, “Zuğulba”, ”Sübh çağı”, “Maştağaya yol”, “Xəzərdə axşam”, “Əbədi palıdlar”, “Abşeron tacı” əsərlərini kətan üzərinə məharətlə köçürüb.

Səttar Bəhlulzadə ötən əsrin 50-60-cı illərində daha geniş kompozisiyalı, monumental əsərlər yaradıb. “Qudyalçay sahili”, “Cıdır düzü”, “Dumana bürünmüş dağlar”, “Kür boyu”, “İlandağ”, “Dədəgünəş”, “Bizim payız”, xüsusilə də “Kəpəzin göz yaşları” tabloları onu dünya səviyyəli rəssam kimi xarakterizə edir. Bu əsərlərdə rənglərin tonal zənginliyi, fəlsəfi təfəkkür, qeyri-adi sənətkar təxəyyülü heyrət doğurur. Səttar fırçasından çıxan natürmort və qrafika əsərləri də özünəməxsusdur.

Səttar Bəhlulzadənin vəfatından düz 50 il ötür. Sənətkarın ömrü onun muzeyləri bəzəyən misilsiz əsərlərində davam edir. Ondan düz 25 il və 1 gün sonra – dekabrın 16-da Əmircanda sözlə “rəsm”lər çəkəcək daha bir istedad dünyaya göz açıb. O, dövrünün gözəl şairi Tofiq Bayram kimi tanınacaqdı.

Qulam bəy və Məşədi Zivər xanımın ailəsinin ilk övladı olan Tofiq poeziya aləminə erkən qədəm qoyub, ədəbi dərnəklərdə, yaradıcılıq müzakirələrində, sonradan isə Yazıçılar Birliyində keçirilən görüşlərdə iştirak etməyə başlayıb. Gənc şair Pedaqoji İnstitutun tarix fakültəsində təhsil alıb.

Sonuncu kursda oxuyanda onun “Füzuli” pyesi əsasında teletamaşa hazırlanır və Süleyman Rüstəmlə Şəmsi Bədəlbəyli bunu yüksək qiymətləndirirlər. AYİ-yə üzv qəbul olunur və atası Tofiqə deyir ki, həmin dostlarını dəvət et, onlara bir qonaqlıq verim. Süleyman Rüstəm təklifə cavab olaraq zarafatla: “Dəvə qutabı olacaqmı?” – deyə soruşur. Qobu kəndinə gedib dəvə alan Qulam bəy yaddaqalan bir qonaqlıq təşkil edir. Süleyman Rüstəm, Şəmsi Bədəlbəyli, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu və televiziyanın əməkdaşları böyük bir dəstə ilə Əmircana gəlirlər. Bu qədər qonağa bəs edəcək qutabları bişirməkdə ev sahiblərinə qonşuları da köməklik göstərir. Beləcə, həmin məşhur qonaqlığın dəvə qutablarından qonaqlar da, qonum-qonşu da doyunca yeyir...

...Get-gedə dərin emosional şeirləri ilə oxucuların ürəyini fəth edən Tofiq Bayram güclü poetik duyumu, fərqli dəsti-xətti seçilib. Əsərləri, ilk növbədə, aydın obrazlı dili ilə fərqlənib. Yaratdığı poetik lövhələr, xoşagələn pafoslu ifaları hər kəsi valeh edib. Vətənpərvərlik, humanizm, insansevərlik və s. onun sevimli mövzuları idi.

Gözəl şair, həssas insan olan Tofiq Bayram ədəbi qəzet və jurnallarda, “Yazıçı” nəşriyyatında müxtəlif vəzifələrdə çalışıb. Bütün həyatını şeirə, sənətə həsr edib, mənalı ömür yaşayıb. Müxtəlif illərdə onun “Ana təbəssümü”ndən “Ay gecikən məhəbbətim”ə qədər 12 kitabı çıxıb. Vəfatından sonra bunların əsasında “Seçilmiş əsərləri”, “Ay anam Bakı” və “Azərbaycanım” adlı topluları da nəşr olunub.

Tofiq Bayram tərcüməçi kimi də tanınıb. Aleksandr Puşkin, Aleksandr Tvardovski, Anna Axmatova, Yevgeni Yevtuşenko, Rəsul Həmzətov, İrakli Abaşidze, Teymuraz Ciladze, Qaysın Quliyevin məşhur əsərlərini dilimizə ustalıqla çevirib. Əməkdar incəsənət xadimi, Maksim Qorki adına Mükafata, fəxri adlara layiq görülüb.

Onu görüşlərdən çəkilmiş televerilişlərdə odlu-alovlu tribun şair kimi maraqla izləyirdik. Dostları ilə şənlənməyi də sevirdi. Səhv etmirəmsə, 1984-cü ildə Sumqayıtda “Azərbaycan televiziyası Günü” keçirilirdi. Mən də orada “Poeziya saatı” verilişi üçün şairlərlə keçirilən görüşdə çıxış edəcəkdim. Çəkilişdən yarım saat əvvəl görüş üçün nəzərdə tutulan mədəniyyət sarayına getdim. Mədəniyyət İşçiləri Həmkarları İttifaqı Sumqayıt şöbəsinin sədri olan qonşum, gözəl şair Əşrəf Veysəlli klubun kitabxanasında bir ayaqüstü məclis açmışdı. Məni görən kimi “Əli, buyur, – dedi, – Tofiq Bayram gəlib”. Sevimli şairlə görüşüb masanın üstünə işarə ilə belə cavab verdim: “Tofiq Bayram yox, Toy-bayram gəlib”. O da bu sözümə ürəkdən gülüb “Şair belə olar” – dedi...

Tofiq Bayram 1960–1961-ci illərdə televiziyada işləmişdi. Sonralar mən də orada çalışdım. Sevimli şairimiz ara-sıra verilişlərə gəlirdi. Axır vaxtlar, deyəsən, şəkər xəstəliyinə görə sınıxan kimi olmuşdu. Bir də eşitdik ki, dünyasını dəyişib. İlk ildönümü ərəfəsində sədr müavinimiz, yazıçı Nahid Hacızadə mənə onun haqqında xatirə verilişi hazırlamağı tapşırdı. Bəzi kadrları Əmircandakı evində çəkmək üçün ora getdik.

Şairin bacısı Svetlana Bayramova, sinif yoldaşı olmuş ömür-gün dostu Zərifə xanım (5 il əvvəl dünyasını dəyişib) xatirələrini söylədilər. Sonra qəsəbə qəbiristanlığında şairin məzarını ziyarət etdik. İki addımlıqda olan Xalq rəssamı Səttar Bəhlulzadənin məzarı önündə ayaq saxlayıb onu da ehtiramla yad etdik. Böyük rəssamın əlində boş rəsm çərçivəsi olan heykəlinə baş əyəndə onun axirət qonşusu Tofiq Bayramın heykəl obrazı sanki həmin çərçivənin arasında bir portretmiş kimi diqqətimi çəkdi. Operatordan məhz həmin rakursdan da kadrlar çəkməsini xahiş etdim. Gözəl alındı.

Orada Svetlana xanım dedi ki, qardaşı vəfat edəndə Fəxri xiyabanda dəfn olunmasına rəsmi qərar verilibmiş. Amma öz vəsiyyətinə və anasının təkidinə görə Əmircan qəbiristanlığında – Səttarın yanında torpağa tapşırılıb.

Bəli, Səttar Bəhlulzadə ilə Tofiq Bayram, illəri nəzərə almasaq, bircə gün fərqlə Əmircanda anadan olublar. Bu gün və sabah birinin 115, digərinin isə 90 yaşı tamam olur. İki qonşunun iki yubileyi, beləcə, eyni vaxta düşüb.

Nur içində yatsınlar...

Əli NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Dekabr 2024 01:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri