Taliban bu dəfə bodibildinq yarışlarına qadağa qoydu
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Əfqanıstanda Taliban hökuməti kişilərin bodibildinq yarışlarında ənənəvi şort geyinməsinə qadağa qoyaraq, onların dizə qədər örtülü geyimlərdən istifadəsini tələb edib.
Bakupost.az xəbər verir ki, qərar Talibanın “Pis İşlərdən Çəkinmək və Yaxşı İşlərə Dəvət Nazirliyi” tərəfindən verilib.
Əfqan idmançılar və məşqçilər qərara etiraz edərək, bunun həm yerli yarışlara, həm də beynəlxalq turnirlərdə iştirak imkanlarına zərbə vurduğunu bildiriblər.
Qeyd olunub ki, bu qadağa beynəlxalq standartlara ziddir. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyası idmançıların ayaq və omba əzələlərinin görünməsini tələb edir ki, bu da ədalətli qiymətləndirmə üçün vacibdir.
Aysel,
BakuPost

Taliban bu dəfə dərsliklərə qadağa qoyub
19 Sentyabr 2025 18:56
“Taliban”dan növbəti qadağa
25 Sentyabr 2025 17:19
Taliban qadağa qoydu, Hindistanda çaxnaşma yarandı Deputatlar şokda
12 Oktyabr 2025 13:33
Taliban dan qadınlara daha bir qadağa
07 Mart 2025 15:15
Rusiyada “Taliban”a qoyulan qadağa ləğv edildi
17 Aprel 2025 16:59

