Taliban ın himnindəki qalaq qalaq rus kəllələri ifadəsi Dumada etiraza səbəb olub
Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hurriyyet.az xəbər verir ki, Talibanın qeyri-rəsmi himnindəki “rus kəllələrindən qalaqlar” ifadəsi Rusiya Dövlət Dumasının deputatını qəzəbləndirib.
Dövlət Dumasının deputatı Aleksey Çepa “Taliban”ın qeyri-rəsmi himnindəki “Kəllə yığınlarına baxın, ruslardan qalan budur!” sözlərindən əsəbləşib.
Deputat deyib: "Biz buna çox diqqət yetirməliyik. Çünki yoldaşlar dost olmaq istəyirlərsə, dost kimi də davranmalıdırlar".
Əfqanıstanın Rusiyadakı səfirliyi isə "Taliban"ın rəsmi hakimiyyət olaraq, heç bir dövlət himnini təsdiq etmədiyini bəyan edib.
Himnin nəqarətində deyilir:
“Kəllə yığınlarına bax, ruslardan qalan budur!
Düşmənlərin səyləri boşa çıxdı, ümidləri puç oldu!
İndi hər kəs bilir ki - bura əfqan yurdudur!
İgidlərin məskəni, mərd, qəhrəman yurdudur!"
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 29 İyul 2025 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















