Malayziya Pakistanı DƏSTƏKLƏDİ
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Malayziyanın xarici işlər naziri Dato Seri Məhəmməd Həsən Hindistan və Pakistan arasındakı gərginlik fonunda pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə telefon danışığında İslamabadın mövqeyini dəstəkləyib.
Modern.az-ın məlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
İshaq Dar həmsöhbətini regionda baş verən hazırkı hadisələr haqqında məlumatlandırıb və Hindistanın təxribat xarakterli hərəkətlərini, o cümlədən onun əsassız iddialarını, qızışdırıcı təbliğatını və Hind suları müqaviləsini dayandırmaq üçün birtərəfli qərarını qətiyyətlə rədd edib.
Nazir bildirib ki, Hindistanın birtərəfli qərarı müqavilənin müddəalarının və beynəlxalq hüquqi öhdəliklərin bilavasitə pozulmasıdır.
Pakistanlı nazir ölkəsinin suverenliyini və milli maraqlarını müdafiə etmək hüququnu özündə saxlamaqla, regional sülh və təhlükəsizliyə sadiqliyini vurğulayıb.
Malayziyanın xarici işlər naziri Pakistanın mövqeyini dəstəkləyib və bütün tərəfləri təmkinli olmağa çağırıb. Xarici işlər nazirləri yaranan vəziyyətlə bağlı sıx əlaqə saxlamağa razılaşıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 04 May 2025 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















