Talibandan qaçan əfqan Azərbaycanda HƏBS OLUNDU: arvadımın yanına gedirdim
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın dövlət sərhədini pozan əfqanlar həbs olunub.
Lent.az-ın məlumatına görə, 23 və 26 yaşlı Əfqanistan vətəndaşları Azərbaycan dövlət sərhədini qanunsuz pozduqları üçün onların barəsində Cinayət Məcəlləsinin 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dövlət sərhədini qanunsuz keçmə) maddəsilə cinayət işi açılıb.
İttiham aktına görə, onlar Avropa ölkələrinə getmək üçün qəsdən İran istiqamətindən Azərbaycan sərhədini qanunsuz pozaraq, Astara çayını keçiblər. Lakin Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təhvil veriliblər.
Təqsirləndirilən 23 yaşlı şəxs bildirib ki, Əfqanistanın Bamyan şəhərində doğulub. Doğulandan bir neçə ay sonra ailəsi ilə birgə İranın Qum şəhərinə köçüblər:
“Almaniyada yaşayan xalalarımın yanına getmək istəyirdim. Qum şəhərindəki digər qohumum Qasımi Rza da Hollandiyada yaşayan həyat yoldaşının yanında getmək istədiyini dedi. Razılaşıb Qum şəhərindən İranın Astara şəhərinə gəldik. Hər iki dövlətin sərhədçilərinin ərazidə olmadığına əmin olandan sonra telefonumuzdakı “Google Maps” proqramı vasitəsilə Azərbaycana keçdik. Lakin az sonra Azərbaycanın sərhədçiləri tərəfindən saxlanıldıq”.
Digər 26 yaşlı təqsirləndirilən şəxs isə deyib ki, 2021-ci ildə Taliban hakimiyyəti ələ keçirəndən sonra anası, bacısı və qardaşı ilə İrana gəlib. Lakin bir müddət yaşayandan sonra İrandan deport olunub:
“Əfqanistana getmək istəmirdim. Hollandiyada yaşayan həyat yoldaşımın yanına getmək istəyirdim. Buna görə də qohumum Rza (23 yaşlı təqsirləndirilən) ilə razılaşdıq ki, əvvəlcə Azərbaycana keçək”.
Hər iki təqsirləndirilən əməllərindən peşman olduqlarını deyərək, cavanlıqlarının nəzərə alınmasını və yüngül cəza verilməsini xahiş ediblər.
Astara rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən iclasda onların hər biri barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 10 Noyabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















