Icma.az
close
up
RU
“Talişkanın dəyəri “Qarabağ”ın 2 illik büdcəsidir”

“Talişkanın dəyəri “Qarabağ”ın 2 illik büdcəsidir”

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qarabağ” və “Fənərbaxça”nın nəticələri gözlənilən idi. Yəni “Qarabağ”ın uğuru, “Fənərbaxça”nın uğursuzluğu futbolu yaxından izləyənlər üçün sürpriz deyil. Çünki “Qarabağ” Qurban Qurbanovla ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə qatılır”.

Bu sözləri QOL.az-a açıqlamasında türkiyəli mütəxəssis Naci Şensoy deyib.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-offunda “Ferensvaroş”u (Macarıstan) mübarizədən kənarlaşdıraraq (3:1, 2:3) Liqa mərhələsinə yüksəlməsindən danışan “Turan”ın sabiq baş məşqçisi Ağdam təmsilçisini eyni uğuru əldə edə bilməyən Türkiyə “Fənərbaxça”sı ilə müqayisə edib: “Qarabağ”ın bu uğuru klub rəhbərliyinin və Qurban Qurbanovun eyni baxışda olmasından möhtəşəm bir işbirliyindən qaynaqlanır. Maliyyə baxımından rentabelliyi çox yaxşı tətbiq edirlər. Minimum investisiyalarla maksimumu əldə etməyi bilirlər.

“Fənərbaxça”da isə təəssüf ki, bunun əksi edilir. Hər iki komandanın maçlarını izlədim. “Ferensvaroş” turu ilk maçta uduzdu. Bakıdakı cavab matçında yuxudan oyansalar da, qələbə onlar üçün gec oldu. Bu, Pirr qələbəsi (məğlubiyyətə bərabər qələbə - red.) idi. Məncə, “Ferensvaroş” “Qarabağ”dan bir az daha güclü komandadır. Amma “Qarabağ”a əsasən ilk maçta bir balaca yuxarıdan baxdılar. İlk qolu vurduqdan sonra isə düşündülər ki, biz bu komandanı asanlıqda keçərik. Amma “Qarabağ”ın əks hücumlarda Andrade və Zubir kimi möhtəşəm oyunçuları olduğunu hesablaya bilmədilər. Cavab oyununda “Ferensvaroş” əsl gücünü göstərdi və “Qarabağ”a çox çətin anlar yaşatdı. Amma dediyim kimi, hər şey ilk maçta həll olunmuşdu. Bu uğura görə həm “Qarabağ” rəhbərliyini, həm də dostum Qurbanı təbrik edirəm və Çempionlar Liqasında uğurlar arzulayıram”. 

“Fənərbaxça”nın ötən gecə “Benfika”ya uduzaraq (0:1) (ilk oyun – 0:0) ÇL-də mübarizəni dayandırmasından da danışan mütəxəssis İstanbul klubunda işlərin düzgün qurulmadığını bildirib: “Fənərbaxça” ilə bağlı onu deyə bilərəm ki, çox pulu olan bir klub rəhbəri və dünyanın titullu və tanınan məşqçilərindən Joze Mourinyo işbirliyi təəssüf ki, nəticə vermir. Verməz də. Çünki pul çox şeydir, amma her şey deyil. Sadəcə bir Talişkanın dəyəri 45 milyon avro oldu. Bu pul bəlkə də “Qarabağ”ın iki illik büdcəsidir. Mourinyoya gəlincə, bəli, əvvəllər “avtobus park etmə”, yəni güclü müdafiə futbolu fəlsəfəsi keçərli idi və böyük uğurlar əldə etmişdi. Amma artıq futbol çox dəyişib. İndi futbol basketbol səviyyəsində sürətli oynanılır.

Ulduz futbolçuları olan komandalar deyil, “ulduz komanda” yaradanlar uğurlu olur. İndi sürətli oyunçuları olan və hər iki cinahda keçidləri düzgün bacaran komandalar uğurlu qazanır. “Qarabağ” bu səbəbdən uğur əldə edir. Qurban Qurbanovun seçdiyi oyunçu modelləri günümüzün futboluna çox uyğundur. Mourinyonun istəyi ilə alınan yüksək gəlirli və oyunçu profilləri yanlış olan futbolçularla komanda olmur. Unutmayın, futbolda qolu fərdi oyunçu yox, komanda vurur. Yəni sənin oynamış olduğun kollektiv futbol sonda qolunu vurur”. 

N.Şensoy Çempionlar Liqasının Liqa mərhələsində çıxış edəcək üç türk komandası – “Qalatasaray” (Türkiyə), “Qarabağ” və “Kayrat”dan (Qazaxıstan) gözləntilərini də bölüşüb:

"Hamamı görən tərləyər" deyirlər. Bilirsiniz ki, Çempionlar Liqasına qatılmaq nə qədər çətin olsa da, orada mübarizə aparmaq daha da çətindir. Çünki mütləq iki və ya üç güclü komanda olur. Bu da işi daha da çətinləşdirir. “Kayrat”ın oyunlarını izləyə bilmədim. Ona görə də bu haqda çox danışa bilməyəcəm. İndidən deyə bilərəm ki, ”Qarabağ” bəlkə də qrupdan çıxa bilməyəcək, amma bu komandanı ciddiyə almayanın işi çətin olacaq. 

“Qalatasaray”a gəlincə, üç il ard-arda çempion oldu, bu faktdır. Amma keçən il Çempionlar Liqasına qatıla bilmədi və bu da uğursuzluq kimi qiymətləndirildi. Artıq məqsəd təkcə turnirə qatılmaq deyil, Avropada da uğur qazanmaqdır. Bu səbəbdən rəhbərlik Viktor Osimhen kimi bir hücumçu üçün 75 milyon avro pul verdi. Leroy Sané kimi özünü sübut etmiş futbolçular transfer olundu. Bu baxımdan düşünürəm ki, əgər “Qalatasaray” Çempionlar Liqasında daha bir mərhələ keçsə, bu uğur sayılacaq. Əks halda bütün bu xərclənən pullara dəyməz”.

Ramiq Ağaməmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://qol.az
archiveBu xəbər 28 Avqust 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri