Tallində “Ad günü şamları” sənədli filminin dünya premyerası olub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Stokholm, 11 noyabr, АZƏRTAC
Estoniyanın paytaxtı Tallində keçirilən PÖFF – “Qara Gecələr” Beynəlxalq Film Festivalı çərçivəsində azərbaycanlı qazi Kamran Baxşızadənin həyatından bəhs edən “Ad günü şamları” sənədli filminin dünya premyerası baş tutub.
AZƏRTAC xəbər verir ki, dünyanın 17 aparıcı A kateqoriyalı beynəlxalq film festivalından biri olan PÖFF-in rəsmi müsabiqə proqramına ilk dəfə Qarabağ mövzusunda çəkilmiş Azərbaycan sənədli filmi seçilib.
Film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Sənədli film 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə qatılan və doğum gününə təsadüf edən döyüşlərin birində görmə qabiliyyətini itirən Kamran Baxşızadənin həyat hekayəsindən bəhs edir. Ekran əsərində müharibənin insan taleyində buraxdığı dərin izlər, onun ağır fəsadları və gənc qazinin müharibədən sonrakı həyata uyğunlaşmaq uğrunda mübarizəsi əks olunur.
Premyera çərçivəsində Estoniyada yaşayan Azərbaycan icmasının üzvləri filmin rejissoru Murad Allahverdi və prodüseri Afaq Yusifli ilə görüşərək ekran əsəri və onun ərsəyə gəlməsi barədə fikir mübadiləsi aparıblar.
Filmin yaradıcı heyəti Kamran Baxşızadənin həyat hekayəsi vasitəsilə müharibənin insan taleyinə təsirini və onun ağır nəticələrini beynəlxalq auditoriyaya çatdırmağı qarşıya məqsəd qoyub.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 11 Noyabr 2026 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















