Tamara Sinyavskaya: Bakıda hər dəfə Müslüm Maqomayevin varlığını hiss edirəm
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 17 avqust, AZƏRTAC
Tamara Sinyavskaya üçün Bakıya hər gəliş Müslüm Maqomayevin varlığını hiss etməsi ilə ayrılmaz şəkildə bağlıdır. SSRİ Xalq artisti Müslüm Maqomayevin vəfatından təxminən 18 il keçməsinə baxmayaraq, o, müğənnini hələ də yanında olan bir insan kimi qəbul edir.
AZƏRTAC xəbər verir ki, Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya jurnalistlərlə söhbətində Bakıya hər dəfə xüsusi hisslərlə gəldiyini söyləyib.
Müslüm Maqomayevin yaradıcılıq irsindən danışan Tamara Sinyavskaya onun bir çox mahnısının onların münasibətləri ilə bağlı olduğunu qeyd edib.
“Bir çox mahnı Müslümlə görüşümüzə həsr olunub. Onlardan ən əhəmiyyətlisi Aleksandra Paxmutova və Nikolay Dobronravov tərəfindən xüsusi olaraq yazılmışdı (Söhbət “Sən mənim melodiyamsan” əsərindən gedir – red.). Onlar bu mahnını ona görə yazmışdılar ki, münasibətlərimizi müşahidə edir və bir növ onları şərh edirdilər, yəni bunu musiqi və şeirlə ifadə edirdilər”, – deyə o bildirib.
Tamara Sinyavskaya vurğulayıb ki, insanın xatirəsi yalnız yaddaşlarda deyil, onu sevən insanların gündəlik həyatında da yaşamaqda davam edə bilər.
Müxbirlər – Lalə Minasazova, Gülay Nəzərova
Fotoqraflar – Nicat Həşimov, Xanlar Əlizadə
Videooperator – Şövqi Əzizov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 17 Avqust 2026 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















