Tampın səhiyyə naziri postuna namizədi Kennedi: Korrupsiyanın kökünü kəsəcəyəm
Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu yaxınlarda ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp tərəfindən səhiyyə və humanitar xidmətlər naziri vəzifəsinə kiçik Robert Kennedinin namizədliyini irəli sürüb.
Sfera.az xəbər verir ki, R.Kennedi isə bu departamentdə korrupsiyanın kökünü kəsmək üçün çalışacağını bildirib.
Kiçik Kennedi həmçinin qeyd edib ki, o, korporasiyaların departamentlərini “boğucu buluddan” azad edəcək.
Qeyd edək ki, əvvəllər Demokratlar Partiyasının üzvü olan kiçik Robert Kennedi son seçkilərdə müstəqil namizəd kimi öz namizədliyini irəli sürüb. Lakin daha sonra o, söz azadlığı və iqtisadi müstəqillik də daxil olmaqla bir sıra əsas məsələlərdə oxşar mövqeləri əsas gətirərək Trampı dəstəkləmək qərarına gəlib. Kennedi qeyd edib ki, onun bu qərarı Amerika dəyərlərinin dəyişdirilməsi və möhkəmlənməsinin zəruriliyinə inamı ilə bağlıdır. Bundan əlavə, o, Vaşinqtonda elitaların qərarların qəbuluna təsirinin azaldılmasına yönəlmiş siyasəti dəstəklədiyini bildirib.
Firuzə Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 15 Noyabr 2024 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















