Icma.az
close
up
RU
“TamStore”da DƏHŞƏTLİ MƏNZƏRƏ: Çörəyi görün necə satırlar VİDEO

“TamStore”da DƏHŞƏTLİ MƏNZƏRƏ: Çörəyi görün necə satırlar VİDEO

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Nizami rayonu, Əliağa Kürçaylı küçəsində yerləşən “TamStore” supermarketində istehlakçıların sağlamlığını ciddi şübhə altına alan vəziyyət fiksə edilib. Marketdə hökm sürən antisanitariya və qida təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması alıcılar arasında haqlı narahatlıq və narazılıq doğurub.
Demokrat.az Nocomment.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə qeyd edilir ki, “Nur” çörək zavodu tərəfindən istehsal olunan çörəklər uzun müddətdir ki, açıq, dağınıq və gigiyenadan uzaq şəkildə yük arabalarında saxlanılır. Günün müxtəlif saatlarında eyni mənzərənin təkrarlanması isə məsələnin təsadüfi deyil, sistemli problem olduğunu göstərir. İstehlakçılar haqlı olaraq sual edir: Çörək kimi strateji və gündəlik qida məhsulu niyə piştaxtayaaxşama qədər sanitariya qaydalarına uyğun yerləşdirilmir?
Məsələ yalnız açıq şəkildə saxlanılan çörəklərlə bitmir. Alıcıların bildirdiyinə görə, marketin çörək və un məhsulları şöbəsində qida üçün nəzərdə tutulmayan, texniki məqsədli təsərrüfat paketlərindən istifadə olunur. Bu materialların qida ilə təması insan sağlamlığı üçün ciddi risk hesab edilir və kimyəvi zəhərlənmələrə yol aça bilər. İnsanların hər gün aldığı əsas qida məhsulu açıq, qorunmayan və şübhəli paketlərlə təqdim olunursa, vətəndaş qida təhlükəsizliyinə necə güvənsin?
Azərbaycan Respublikasının “Qida təhlükəsizliyi haqqında” Qanununun 5-ci maddəsinə əsasən, dövriyyəyə buraxılan qida məhsulları insan həyatı və sağlamlığı üçün təhlükə yaratmamalıdır. Qanunun 10-cu maddəsində isə qida subyektlərinin məhsulların saxlanılması, daşınması və təqdim olunması zamanı gigiyena qaydalarına riayət etməsinin vacibliyi qeyd edilir. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsi qida təhlükəsizliyi normalarının pozulmasına görə birbaşa məsuliyyət nəzərdə tutur.
Bu vəziyyət təkcə bir marketin daxili problemi deyil, birbaşa istehlakçı hüquqları və ictimai sağlamlıq məsələsidir. Əgər bir marketdə insanların gözünün qarşısında ən sadə gigiyena qaydaları belə pozulursa, görünməyən hissədə — soyuducularda, anbarlarda, digər qida məhsullarının saxlanılmasında vəziyyətin necə olması böyük sual doğurur.
Artıq bir aydır davam edən bu mənzərə qarşısında market rəhbərliyinin və əməkdaşlarının heç bir tədbir görməməsi rəsmi qurumların müdaxiləsini qaçılmaz edir. İstehlakçılar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini və digər aidiyyəti dövlət orqanlarını sözügedən “TamStore” supermarketində təcili yoxlama aparmağa, qanun pozuntularını araşdıraraq sahibkar barəsində ciddi tədbirlər görməyə çağırır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 May 2026 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri