Tanınmış aktrisa vəfat etdi KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyalı məşhur aktyor və müğənni Vladimir Vısotskinin həyat yoldaşı olmuş fransız aktrisa Marina Vladi 88 yaşında dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, aktrisanın vəfat etdiyini onun yaxınları açıqlayıb.
Əsl adı Yekaterina-Marina Polyakova-Baydarova olan Marina Vladi 10 may 1938-ci ildə Fransanın Klişi şəhərində rusiyalı mühacir ailəsində anadan olub. Atası opera müğənnisi, anası isə balerina olub.
Vladi uşaqlıq yaşlarından aktyorluqla məşğul olmağa başlayıb. O, Aleksandr Kuprinin “Olesya” povesti əsasında çəkilən “Cadugər” (1956) filmindəki rolu ilə beynəlxalq səviyyədə tanınıb.
1963-cü ildə Marko Ferrerinin “Arı kraliçası” filmindəki roluna görə Kann Film Festivalında “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.
Marina Vladi karyerası ərzində Jan-Lük Qodar, Orson Uells və digər tanınmış rejissorlarla çalışıb. O, ümumilikdə 100-dən çox ekran əsərində rol alıb.
Aktrisa 1970-ci illərdə Sovet İttifaqının tanınmış sənətçisi Vladimir Vısotski ilə evli olub.
Baxış sayı:61
Bu xəbər 25 Sentyabr 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















