Tanınmış amerikalı aktyor Ceyms Hendi qətlə yetirilib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Jumanji", "K-9: İt işi" və "Top Gun" filmlərindəki rolları ilə tanınan amerikalı aktyor Ceyms Hendi Los-Ancelesdə qətlə yetirilib.
APA xəbər verir ki, ögey oğlu onu bıçaqlayaraq öldürdükdən sonra polisə zəng edərək günahkar bir şəxsi öldürdüyünü bildirib.
Hadisə aktyorun evinin olduğu Tarzana məhəlləsində baş verib və Hendi evinin ərazisində bıçaq yaraları ilə tapılıb. İlk tibbi yardım göstərilməsinə baxmayaraq, aktyor xəstəxanada ölüb.
Şübhəli, Hendinin sevgilisinin 44 yaşlı oğlu Maykl Qledhil isə hadisədən sonra polisə təslim olub. Məlum olub ki, Qledhil anası ilə yaşayırmış.
Ceyms Hendi həmçinin "Araknofobiya" filmində də rol alıb. Onun ən son rolu "Top Gun: Maverick" blokbasterində barmen Cimmi rolunda olub.
Baxış sayı:292
Bu xəbər 05 İyun 2026 07:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















