Meksikada tanınmış bloqer canlı yayım zamanı qətlə yetirilib
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Meksikalı bloqer Sesar Qastellum ölkənin şimal-qərbindəki Kulyakan şəhərində fastfud restoranının qarşısında canlı yayım zamanı güllələnərək öldürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu məlumatı yerli rəsmilərə istinad edən "New York Post" nəşri yayıb.
Komik videoları ilə tanınan bloqerin "TikTok" platformasında 600 minə yaxın abunəçisi olub.
Canlı yayımın videoqeydindən aydın olur ki, başlarında dəbilqə olan iki naməlum şəxs motosikletlə influenser və yoldaşlarının yanına gəlib, daha sonra sürücü birbaşa Qastelluma atəş açıb. Sinaloa ştatının hüquq-mühafizə orqanları bloqerin qətlə yetirildiyini təsdiq edərək, cinayətkarların tapılması istiqamətində genişmiqyaslı əməliyyata başladıqlarını bildiriblər. Qətl rəqib mütəşəkkil cinayətkar qruplar arasında qarşıdurmanın mərkəzinə çevrilən Kulyakanda davam edən zorakılıq fonunda baş verib.
Baxış sayı:138
Bu xəbər 05 Avqust 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















