Icma.az
close
up
RU
Tanınmış bloqerin “Qarabağ”la bağlı paylaşımı etiraz doğurdu “Bir qorxum var ki...”

Tanınmış bloqerin “Qarabağ”la bağlı paylaşımı etiraz doğurdu “Bir qorxum var ki...”

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Bakı vaxtı ilə 20:45-dən etibarən Azərbaycan xalqının qəlbi “Qarabağ”la döyünəcək. Futbol klubumuz Çempionlar Liqasının Liqa mərhələsinə düşmək üçün sezonun ən həlledici oyununa çıxır.
Rəqib ilk oyunda 3-1 hesabı ilə qalib gəldiyimiz Macarıstan çempionu “Ferensvaroş”dur.

Oyunla bağlı ən müxtəlif proqnozlar var. 2 top fərqi ilə öndə olmağımıza baxmayaraq, hər kəs narahatçılığını bölüşür. Buna səbəb də, “Fradi” ləqəbli rəqibimizdir. “Ferensvaroş” ilk oyundakı məğlubiyyətə baxmayaraq, iddialı danışır, “Qarabağ”a şok yaşadacağını bildirir...

Yeniera.az Musavat.com-a istinadən xəbər verir ki, tanınmış texnobloqer Fərid Pərdəşünasın axşamkı oyunla bağlı öz feysbuq səhifəsinə paylaşdığı status izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. O, “köhlən atlar”ın qruplara düşə bilməyəcəyini qeyd edib. Bu da azarkeşlərin etirazına səbəb olub. Bloger yazır: “Düşünürəm ki, oyun heç də asan keçməyəcək. Rəqib oyundan əvvəl iddialı çıxışları ilə “Qarabağ” üzərində artıq psixoloji basqı yaradıb. Amma qarşılarında da buz kimi qanlı Qurban Qurbanovun komandası var. Oyundan sonra rəqib mərhələdən kənarda qalsa, düşünürəm ki, bu eqoist danışıqlarının payını mütləq vermək lazımdır.

Ümumiyyətlə bu il “Qarabağ” çox iddialı gəlir. 5 Çempionlar Liqası oyunu və 5 qələbə. Bu “Qarabağ”ın güclü halıdırmı? Məncə yox. Daha yaxşı vəziyyətdə olduğumuz anlar olub. Bəs 5 qələbə təsadüfidirmi? Qətiyyən yox. Sadəcə...

Sadəcə bu dəfə “Qarabağ” bir şeyi edir. Daha doğrusu etmir. Bəli, “Qarabağ” səhv etmir. Klub bundan əvvəl ən önəmli anlarda fərdi səhvlərlə çox yaxşı yerlərdən kənarda qalıb. Əvvəllər Şahruddinlə olan kritik səhvlər, “Braqa” və “Leverkuzen” oyununda Elvinin ehtiyac olmadan aldığı qırmızılar komandanı çox pis vəziyyətdə qoyub.

İndi isə 5 oyundur ki, səhv yoxdur. Bəli, “Qarabağ” fərdi səhv etmir deyə bu vəziyyətə gəlib. Əvvəllər isə fərdi səhvlər çox olduğundan ən önəmli məqamda kənarda qala bilib.

Bu oyun “Qarabağ” üçün ölüm-dirim oyunu olmalıdır. Artıq uşaq da deyə bilər ki, komandanın bu oyunda əsas məqsədi qırmızı almamaq və fərdi səhv etməmək olmalıdır. Lap 2-0 geriyə düşsən də bunlar olmasa “Qarabağ” güclü cavab verməyə qadirdir.

Oyuna gəlincə. Açığı bir qorxum var ki, oyun arzulamadığımız kimi keçəcək və mərhələdən kənarda qalacağıq. Çünki bura qədər rahat gəlmək heç inandırıcı gəlmir və düşünürsən ki, sonunda ağır zərbəsi olacaq bunun. Amma bir tərəfdən də “Qarabağ” çox inanmadığımız şeyləri edib. Ola bilər ki, anidən 3-4 fərqlə rəqibi meydandan silələr.

İstənilən halda bu axşam doğma klubu dəstəkləmək üçün stadionda olacam və çox ümid edirəm ki, 8 il sonra ÇL-in əsas mərhələsinə düşdüyümüz üçün şəhərdə bayram ab-havası yaşayacağıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Avqust 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri