Icma.az
close
up
RU
Tanınmış brend hər zaman yüksək keyfiyyət demək deyil MODELYER

Tanınmış brend hər zaman yüksək keyfiyyət demək deyil MODELYER

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"İnsanlar geyim seçərkən tanınmış brendlərə üstünlük verməsinin bir neçə əsas səbəbi var. Lakin bu, həmişə həmin məhsulun daha keyfiyyətli olması demək deyil".

Bunu SİA-ya açıqlamasında stil üzrə mütəxəssis, modelyer Şəlalə Maqsudova deyib.

Onun sözlərinə görə, tanınmış brendlər uzun müddət bazarda fəaliyyət göstərdikləri üçün insanlar onların məhsullarının müəyyən keyfiyyət standartlarını qoruyacağına inanırlar. Bu da istehlakçılarda həmin markalara qarşı etibar formalaşdırır:

"Digər mühüm amillərdən biri status və imicdir. Bəzi insanlar geyimi özlərini ifadə etmək və ya sosial statuslarını nümayiş etdirmək vasitəsi kimi seçirlər. Məşhur loqolar və tanınmış brend adları da bu məqsədə xidmət edə bilir.

Reklamın təsiri də burada mühüm rol oynayır. Brendlər reklama və məşhurlarla əməkdaşlığa böyük vəsait xərcləyirlər. Bu isə insanlarda həmin məhsulun daha dəyərli və üstün olduğu barədə təsəvvür yaradır.

Sosial mühit də istehlakçı seçimlərinə təsir göstərir. Dostlar, ailə üzvləri və sosial media müəyyən brendlərin populyarlaşmasına səbəb olur. İnsanlar bəzən öz çevrələrinə uyğunlaşmaq üçün məhz həmin brendləri seçirlər.

Bundan başqa, təkrar alış vərdişi də mühüm amillərdən biridir. İstehlakçı hər hansı bir brendin məhsulundan razı qaldıqda, növbəti alışlarında da eyni brendə üstünlük verməyə meyilli olur.

Ən doğru seçim isə insanın ehtiyacından asılıdır. Əgər məqsəd uzunömürlü və rahat geyim əldə etməkdirsə, parçanın tərkibi, tikiş keyfiyyəti və istifadəçi rəyləri əksər hallarda loqodan daha etibarlı göstəricilər hesab olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 İyul 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see300

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see297

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see292

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see275

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see274

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see268

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see266

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see247

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see232

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see216

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see215

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see213

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see209

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see203

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see199

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see192

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see188

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see187

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri