Icma.az
close
up
RU
Tanınmış cərrah səhv əməliyyata görə təzminat ödəyəcək

Tanınmış cərrah səhv əməliyyata görə təzminat ödəyəcək

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İnternational Medical Centre-Bakı” və tanınmış cərrah Mübariz Məmmədliyə qarşı sağlamlığa vurulmuş ziyana görə təzminat tələbi ilə məhkəmə iddiası qaldırılıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, zərərçəkmiş şəxs qismində Zöhrə Məmmədova tanınıb.

O, iddiasına sağlamlığına vurulmuş zərərə görə, qarşı tərəfdən 24700 manat təzminat tələb edib.

İddia tələbi onunla əsaslandırılıb ki, Zöhrə Məmmədova 2024-cü ildə “İnternational Medical Centre-Bakı”ya məxsus “Baku Medical Plaza”da üz gərmə və hər iki süd vəzisinin kiçildilməsi əməliyyatı keçirib. Əməliyyat plastik, estetik və rekonstruktiv cərrah Mübariz Məmmədli tərəfindən icra olunub. Əməliyyatdan bir neçə gün əvvəl həkim qüsurların tam aradan qaldırılacağına təminat verib və əməliyyat xərci kimi 13000 manat pul nağd olaraq ona ödənilib.

Bu məbləğə görə iddiaçıya kassa sənədi verilməyib. Z.Məmmədovanın iddiasına görə, ona sadəcə, ilkin müayinə xərcinə görə 200 manatın mədaxil qəbzi təqdim olunub.

İddaçı əməliyyatdan sonra sarğıları açılan zaman üz-göz və sinə nahiyəsində aşkar qüsurların olduğunu görüb. Xətai rayon prokurorluğunda aparılmış araşdırma zamanı təyin olunmuş ekspertiza rəyində göstərilir ki, cərrahiyə əməliyyatı taktiki cəhətdən düzgün aparılmayıb. Belə ki, nevropatoloqun müayinəsi zamanı aparılmış EMG müayinəsinə əsasən sağ üz sinirinin parsiyal, aksonal zədələnməsinin olduğu, həmçinin mütəxəssis, plastik-rekonstruktiv cərrahın müayinəsi zamanı süd vəzinin gilələrinin dairəvi ölçülərində assimetriyanın olduğu müəyyən edilib.

Cərrahiyə əməliyyatının taktiki cəhətdən düzgün icra olunmaması ilə əlaqədar əsasən sağ üz siniri parsiyal, aksonal zədələnib və süd vəzinin gilələrinin dairəvi ölçülərində assimetriya yaranıb. Bununla da səhiyyə sistemində qüvvədə olan Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş “Tibb müəssisələrində çalışan tibb, əcaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvə vəzifə təlimatları”nın 24.1 bəndinin tələbləri pozulub. Buna məsul şəxs əməliyyatı icra edən həkimdir.

Məhkəmə Z.Məmmədovanın iddiasını qismən təmin edib. Qəbul edilən qətnaməyə əsasən, Mübariz Məmmədlidən tibbi xidmətlərə görə ödənilmiş 13000 manat, mənəvi ziyana görə isə 2000 manat alınaraq zərərçəkmişə ödəniləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 Fevral 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri