Icma.az
close
up
RU
Tanınmış ekspert naziri istefaya səslədi

Tanınmış ekspert naziri istefaya səslədi

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlərdə məktəb direktorları ilə bağlı şikayətlər artıb və bu, təhsil sistemində narahatlıq doğurur. Direktorların işlərindəki qeyri-etik davranışlar, müəllimlərə qarşı hörmətsizlik, həmçinin məktəb idarəçiliyindəki uyğunsuzluqlar gündəmə gəlməkdədir. Bəzi hallarda direktorların sinifləri "kirayə verməsi" və ya bahalı hədiyyələrə reaksiyaları kimi xoşagəlməz hallar da müşahidə edilir. Belə bir şəraitdə dövlətin direktorların fəaliyyətinə nəzarət etməsi və bu məsələlərə dair müvafiq yoxlanışların keçirilməsi zərurəti yaranır.

Mövzu ilə bağlı Metbuat.az-a danışan təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, bu cür proseslər təkcə son illərdə davam edir:

“Çox təəssüf ki, Təhsil Nazirliyinin rəhbər heyəti bütün fikrini təlimlərə, layihələrə yönəltdiyi üçün ölkə təhsilində təlim-tərbiyə və idarəetməyə nəzarət sistemi tamamilə dağılıb. Bu gün görünən tərəf, yəni gündəmə gələn məsələlər baş verənlərin yalnız kiçik bir faizidir. Çünki biz hadisələrdən yalnız ictimailəşəndən sonra xəbər tuturuq. İctimailəşməyən nə qədər belə olaylar var”.

Ekspertin fikrincə, bunun əsas səbəbi təhsili idarəetmə sisteminin tamamilə çökməsi ilə bağlıdır:

“Bu gün təhsil sisteminə biznes layihələri və təlimlər gözü ilə baxılmasının acı nəticələrini görürük. Baş verənlər düşündüyümüzdən qat-qat ağır və dözülməzdir. Biz yalnız sosial şəbəkələrdə yayılan hadisələrdən xəbər tuturuq, amma ictimailəşməyən problemlər daha çoxdur. Bunun əsas səbəbi isə təhsil idarəetmə sistemində çox ciddi boşluqların olmasıdır. Çünki təhsillə bağlı olmayan şəxslər kütləvi şəkildə təhsil sisteminə gətirilir. Fikir verirsinizmi, şərab zavodu, çay fabriki, şəkər zavodu işçiləri, hətta SOCAR əməkdaşları təhsil sistemində mühüm vəzifələrə təyin olunur? Bu addımların başında isə təhsil sistemini idarə edə bilməyən Emin Əmrullayev dayanır. O, təhsil sistemini idarə edə bilmir və proses tamamilə nəzarətdən çıxıb. Təhsil sektoru milyonlarla insanı əhatə edir. Ölkə əhalisinin hər iki nəfərindən biri ən azı ümumtəhsil səviyyəsində bu sistemlə bağlıdır. Digər təhsil pillələrini də nəzərə alsaq, ümumi əhatə dairəsi çox genişdir”.

E.Qafarov hətta naziri istefaya səsləyib:

“Elm və Təhsil Naziri Emin Əmrullayev dərhal brifinq keçirməli, ölkə Prezidentindən, xalqdan və təhsil ictimaiyyətindən üzr istəyərək istefa verməlidir. Normal düşüncəyə malik olan hər kəs belə bir addım atar. Mən də gözləyirəm ki, Emin bəy özündə bu gücü tapacaq. Çünki təhsil, Ulu Öndərin də dediyi kimi, millətin gələcəyidir və Emin Əmrullayevin səriştəsiz idarəetməsi Azərbaycan xalqının gələcəyini təhlükə altına atır”.

Direktorlarla bağlı müəllimlər və valideynlər hara müraciət edə bilər?

“Ölkədə bütün mərkəzi icra hakimiyyəti orqanlarının elektron müraciət sistemi var. Nazirliklərdə, idarələrdə informasiya və ictimaiyyətlə əlaqələr şöbələri mövcuddur. O cümlədən, Elm və Təhsil Nazirliyində də bu struktur var. Bundan əlavə, bütün qurumların qaynar xətt xidməti fəaliyyət göstərir. Lakin ən bərbad vəziyyətdə olan qaynar xətt məhz Elm və Təhsil Nazirliyinə məxsusdur. Ən çox şikayət və narazılıq təhsil sahəsindədir. Amma ən pis işləyən də 146 xidmətidir. Vətəndaşlar aylarla müraciətlərinə cavab tapa bilmirlər, zənglərə reaksiya verilmir. Bu da narazılıqların daha da aqressivləşməsinə səbəb olur. Açıq şəkildə görünür ki, Təhsil Nazirliyini idarə edənlər çarəsizdirlər və idarəetməni bacarmırlar.

Düşünürəm ki, təhsil sistemində ciddi kadr dəyişikliyi vaxtı çoxdan çatıb və problemlərin həlli üçün artıq əməli addımlar atılmalıdır. Emin Əmrullayev son illərdə Təhsil Nazirliyinə yalnız təlimlər və layihələr həyata keçirmək üçün müxtəlif şəxsləri gətirib. Bu şəxslər təhsil sisteminə biznes marağı ilə yanaşır və təhsilə heç bir aidiyyəti olmayan insanlardır. Onlar qısa müddətdə sistemdən uzaqlaşdırılmalı və təhsil sahəsi təyinatına uyğun olaraq idarə olunmalıdır”, - deyə ekspert qeyd edib.

E.Qafarov nazirliyin yoxlamalarının tamamilə formal xarakter daşıdığını və məntiqsiz göründüyünü də deyib:

“Hadisələr baş verəndən və ya ictimailəşəndən sonra reaksiya verirlər. Nazirlik sadəcə bir müşahidəçi kimi çıxış edir. Pul yığımları və digər qanunsuz fəaliyyətlərlə bağlı konkret hansı addımlar atılıb? Ən yaxşı halda, direktor işdən çıxarılacaq və məsələ bununla bitəcək. Reallıq budur ki, bu gün Elm və Təhsil Nazirliyi və onun strukturları iflic vəziyyətindədir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 06 Mart 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see282

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see277

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see271

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see266

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see259

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see259

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see256

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see245

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see244

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see231

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see230

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see228

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see225

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see224

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see223

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see210

Neft kəskin ucuzlaşdı

12 Sentyabr 2026 10:14see210

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see210

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see210

BOKT ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

12 Sentyabr 2026 12:20see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri