Tanınmış futbolçu sürücülük hüququndən məhrum edildi
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Londonun “Arsenal” klubunun yarımmüdafiəçisi Deklan Rays sürət həddini pozduğuna görə 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
QOL.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Bildirilir ki, futbolçu bir həftə ərzində iki dəfə sürət həddini aşarkən yaxalanıb.
İlk hadisə yanvarın 3-də baş verib. Rays Londonun cənub-qərbində, Serri qraflığında yerləşən malikanəsinin yaxınlığındakı şossedə icazə verilən 48 km/saat sürət həddi olan zonada avtomobili 60 km/saat sürətlə idarə edib. Cəmi beş gün sonra – yanvarın 8-də isə o, eyni yolda bu dəfə 64 km/saat məhdudiyyət olan ərazidə 79 km/saat sürətlə hərəkət edərkən saxlanılıb.
Nəticədə Deklan Rays 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib və ona 2185 funt-sterlinq məbləğində cərimə kəsilib.
Qeyd edək ki, cari mövsümdə Rays “Arsenal”ın heyətində bütün turnirlərdə 28 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 10 Yanvar 2026 08:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















