Icma.az
close
up
RU
Tanınmış həkim yayılan influenza virusundan danışdı: Uşaqlar böyükləri də yoluxdurur

Tanınmış həkim yayılan influenza virusundan danışdı: Uşaqlar böyükləri də yoluxdurur

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər əhali arasında hərarət, ümumi halsızlıq, öskürək, boğaz ağrısı, burun axması və tutulması kimi əlamətlərlə müşayiət olunan respirator infeksiyalara yoluxma halları artıb. Tibbi müayinələr zamanı insanlardan götürülən yaxmalarda əsasən fəsli qrip virusu, eləcə də ara-sıra digər respirator viruslar aşkarlanır. Yoluxmaların xüsusilə məktəblilər arasında geniş yayılması isə valideynlərdə ciddi narahatlıq yaradıb. Bu səbəbdən bir çox valideynlər övladlarını məktəbə göndərməkdən çəkinir. Nəticədə həm dərs davamiyyəti aşağı düşür, həm də şagirdlər tədrisdən geri qalır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-terapevt Sübhan Hacıyev bildirdi ki, payız-qış aylarında tez-tez virus infeksiyalarına rast gəlinir. Onun sözlərinə görə, bu virus infeksiyaları arasında hal-hazırda daha çox gördüyümüz "influenza" virusudur:

"Yəni el arasında “qrip virusu” kimi tanınan bir virusdur. Onun sözlərinə görə, bu virusun A və B tipi var. A tipi daha ağır keçir, pnevmoniya ilə ağırlaşa bilir. Pnevmoniya ağciyərlərin iltihabı xəstəliyidir. Buna sətəlcəm də deyilir. Bundan əlavə, B tipi isə çox vaxt insan orqanizminin immun sistemi tərəfindən bu xəstəliyin öhdəsindən gələ bilir. Lakin bəzən də olur ki, immun sistemi kifayət qədər güclü olmur və yaxud hər hansı bir xroniki xəstəlik mövcuddur. Bu zaman B tipi də ağırlaşa bilir. Bir də qrip virusunun C tipi var. Yəni influenzanın C tipi də mövcuddur ki, bunlar çox vaxt ciddi müalicə tələb etmirlər. Uşaqlar arasında daha çox yayılır, çünki onlar şəxsi gigiyenaya çox da diqqət etmirlər. Uşaqların immun sistemi böyüklərlə müqayisədə tam formalaşmadığı üçün tez-tez virus infeksiyalarına, xüsusilə də hava-damcı yolu ilə keçən viruslara yoluxurlar və nəticədə böyükləri də yoluxdurmuş olurlar".

Nəticədə baş ağrısı, əzələ ağrısı, ümumi bədən ağrısı, hərarət, quru öskürək, boğazda qıcıqlanma, burun axıntısı kimi simptomlarla özünü göstərən və bir gündən yeddi günə qədər davam edən əlamətlər ortaya çıxır. Bu cür simptomlar iki gündən çox davam edirsə və hərarət 38.5°C-i keçirsə, artıq həkimə müraciət etməyin vaxtıdır".

Həkim bildirdi ki, profilaktik olaraq şəxsi gigiyenaya diqqət etmək, C vitamini, D vitamini, sink və selen kimi mikroelementlərdən istifadə etmək bu cür xəstəliklərdən qoruyur:

"Bir də təbii ki, tibbi maskalardan istifadə etmək lazımdır".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Dekabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri