Icma.az
close
up
RU
Uşaqlar arasında yayılan boğucu öskürək nədir? Həkim danışdı

Uşaqlar arasında yayılan boğucu öskürək nədir? Həkim danışdı

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Hazırda uşaqlar arasında yayılan boğucu öskürək göyöskürək xəstəliyi deyil. 

Ölkə.Az xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. O bunun göyöskürəyə bənzər xəstəlik olduğunu söyləyib:

“Bu iki xəstəlik arasında çox fərq yoxdur. Göyöskürək törədicisi “bordetella pertussis” mikrobudur. Göyöskürəyəbənzərin törədicisi “bordetella parapertussis”dir.
Birincidə uşaq göyərir, ikincidə qızarır. Birincidə dili bayırda qalır, ikincidə göz yaşarır, öyümə,qusma ola bilir. Birincidə tutma daha uzun çəkir və ağırlaşma riskləri çoxdur.
Göyöskürəyin peyvəndi var. İkinci isə peyvəndi olmayan xəstəlikdir və elə də təhlükəli deyil.
Birincidə hər boğulmadan sonra səsli nəfəsalmalar olur. İkincidə isə zəif olur.
Hər ikisi müddət olaraq uzun çəkir (100 gün xəstəliyi) və daha çox gecələr aktivləşir, yeni virus infeksiyası qoşulsa, vəziyyət təkrarlanır.
Hər iki halda valideynlər narahat olur, amma daha çox birinci üçün narahat olun və uşağı peyvəndsiz saxlamayın .
Hər iki halda ilk 10 gündə antibiotik təsir edə bilər, sonra verməyin mənası yoxdur.
Hər iki halda bəlğəmgətirici sirop və inhalyasiya etmək olmaz və antihistamin kömək etmir”.

Pediar öskürəyin qarşısını almaq üçün bir neçə dərman preparatı da məsləhət görüb:

“Drosera homakkord” damcısı belə halda təsirli vasitədir. Onun işi öyüməyə gətirən öskürək tutmasını sakitləşdirməkdir. Yatmazdan əvvəl hər 15 dəqiqədən bir 10 damcı 20-30 ml su ilə vermək ( 2 saat ərzində) olar. Sabahdan bir saat ərzində 4 dəfə olmaqla 10 gün davam etmək lazımdır.

Ola bilər ki, bəzi valideynlərə uşaq göyöskürəkdir” deyilib. Bu heç nəyi dəyişmir. Əgər uşaq peyvənd olunubsa,  deməli, bu, göyöskürək deyil, ona bənzər xəstəlikdir. Bunun isə peyvəndi yoxdur. Göyöskürəyə bənzər xəstəlik 3 ay bəlkə də artıq və ya əskik davam edə bilər.

Uşaq bu müddətdə evdə qalmamalı, bağçaya, məktəbə getməlidir. Allergik uşaqlar isə əlavə qıcıq olmasın deyə, pəhrizə əməl etməlidirlər. Yeni virus xəstəliklərinə görə isə gündəlik “anaferon”, “erqoferon”, “enistol” kimi tabletlər çeynəyə bilərlər”.

Billurə Yunus

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:571
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Oktyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri