Tanınmış idmançı dağdan yıxılaraq öldü FOTO
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünya dağ qaçışı idmanının tanınmış simalarından biri olan norveçli atlet İda Ameli Robsam Romsdalseggen zirvəsi yaxınlığında həyata keçirdiyi yürüş zamanı yıxılaraq ölüb.
Moderator.az xəbər verir ki, bu barədə NRK telekanalı məlumat yayıb.
Qeyd olunur ki, polisə turist qrupunun bir üzvünün Romsdalseggen zirvəsi yaxınlığında sürüşərək yıxılması barədə məlumat daxil olub.
30 yaşlı idmançı xilasedici helikopter vasitəsilə ərazidən təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Robsam özünün ən yaxşı nəticəsini bu il iyunun 28-də keçirilən Monblan marafonunda göstərmişdi. O, həmin yarışda yalnız isveçli Tuve Aleksanderssona məğlub olaraq ikinci yeri tutmuşdu. /oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 22 Sentyabr 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















