Icma.az
close
up
RU
Tanınmış jurnalistdən rusdilli məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA: “Mövcud xaosu aradan qaldırmaq üçün…” KONKRET

Tanınmış jurnalistdən rusdilli məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA: “Mövcud xaosu aradan qaldırmaq üçün…” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

“Rus dilində tədris məsələsinə çoxdan ciddi şəkildə yanaşılmalı idi. Gələcək fəsadlarını nəzərə alan və milli məfkurəyə bağlı insanlar bu problemin təhlükəsini illərdir dilə gətirirlər. Çünki biz artıq SSRİ dövründə yaşamırıq, heç kim insanları rus dilində təhsil almağa məcbur etmir”.

Bu fikirləri Türkiyədə yaşayan və fəaliyyət göstərən tanınmış jurnalist Turan Ədalətqızı KONKRET.az-a açıqlamasında səsləndirib:

“Təəssüf ki, bu gün Azərbaycanda rusdilli təhsil uğrunda sanki yarış başlayıb. Bəziləri rus dilinin əhəmiyyətini durmadan təbliğ edir, bir çoxları isə bu dili bilən övladları ilə qürur duyur. Hətta öz ad-soyadını düzgün yaza bilməyən, rus dili ilə heç bir əlaqəsi olmayan rayon sakinləri də uşaqlarını rus bölməsinə yönləndirirlər. Halbuki, həmin uşaq öz ana dilində belə doğru-düzgün danışa bilmir, dili topuq vurur. İki il sonra isə valideyn çıxıb deyir ki, uşaq çətinlik çəkdi, çıxartdım. Bu, açıq-aşkar məsuliyyətsizlik və cahillikdir. Bəziləri övladlarının rus dilli uşaqlarla eyni həyətdə oynayıb onları başa düşmədiyini əsas gətirərək, məktəb seçimində rus bölməsini üstün tuturlar. Belə bəsit və əsassız arqumentləri anlamaq mümkün deyil”.

Jurnalistin sözlərinə görə, “rus dilini bilməyənləri işə götürmürlər” deyənləri müəyyən qədər anlamaq olar. Çünki ölkədə elan olunan vakansiyaların əksəriyyətində rus dili akademik səviyyədə tələb edilir. Amma bu, xarici şirkət deyilsə, belə bir tələbin irəli sürülməsi nə dərəcədə doğrudur?

“Axı, nəyə görə müstəqil bir ölkədə öz ana dilimizin olduğu bir dövlətdə, dövlət büdcəsi hesabına onlarla rusdilli məktəb və bölmə fəaliyyət göstərməlidir? Axı, bu, Azərbaycan dilində təhsilin inkişafına zərbə vurur. İnternet resurslarında belə, Azərbaycan dilində dolğun və keyfiyyətli axtarış aparmaq çox zaman mümkün olmur. Unutmayaq ki, biz köksüz, dilsiz, tarixsiz bir xalq deyilik ki, rus dilini ikinci dövlət dili səviyyəsinə qaldıraq. Təəssüf ki, ölkədə bu dil bir dəb halını alıb və elə bil ki, yaxın zamanda rəsmi imtina edilməz status qazanacaq. Hətta məktəblərdə əlavə rus bölmələrinin açılması üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsini daim təzyiq altında saxlayan valideynlər var. Bu isə sözün əsl mənasında biabırçılıqdır. Nəticədə ölkədə faktiki olaraq bölünmə yaranıb: bir tərəfdə özünü “elit” sayan rusdillilər, digər yanda isə rus dilini bilmədiyi üçün kompleksə düşən anadillilər dayanıb.

Bu cür hallara və tələblərə qarşı milli dilimizin təbliğatı genişləndirilməli, təsir imkanları gücləndirilməlidir. Unutmamalıyıq ki, Azərbaycan türkcəsi türk dilinin ən gənc və şirin qoludur. Laylalarımızın ruhu, nənələrimizin səsi, keçmişimizin gələcəyi, bünövrəmizin sütunudur. Biz bu dili qeyd-şərtsiz və düşünmədən sevməliyik”.

Turan Ədalətqızı vurğulayır ki, rus dili zəngin və bəzi sahələrdə faydalı ola bilər.

“Dil bilmək üstünlükdür, bunu inkar etmirik. Amma bu dili öyrənmək üçün kifayət qədər kurslar mövcuddur və xalqımız onu istəsə, asanlıqla mənimsəyə bilər. Tədrisə gəldikdə isə, bu məqsədlə qanunvericiliyin çərçivəsində məhdud sayda özəl məktəblərin fəaliyyət göstərməsi kifayətdir. Ümid edək ki, Azərbaycanda getdikcə dərinləşən “rus dili” və “rus dilində tədris” problemi planlı şəkildə həll ediləcək və mövcud xaos aradan qalxacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 İyul 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri