Icma.az
close
up
RU
Tanınmış jurnalistə vəzifə verildi

Tanınmış jurnalistə vəzifə verildi

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Azərbaycan Ekoturizm Assosiasiyasında Baş Katib vəzifəsi təsis edilib.

"Cebheinfo.az" xəbər verir ki, müvafiq vəzifə Assosiasiyanın İdarə Heyətinin qərarı ilə təsis edilib.

Tanınmış jurnalist, ictimai fəal, media meneceri, Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmiş Şakir Vəfa oğlu Eminbəyli bu vəzifəyə təyin olunub.

Baş Katib vəzifəsinin təsis edilməsi Assosiasiyanın institusional inkişafının gücləndirilməsi, ictimai əlaqələrin daha sistemli qurulması, tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, ekoloji mədəniyyət və ekoturizm ideyalarının cəmiyyətə daha təsirli şəkildə çatdırılması məqsədi daşıyır.

Şakir Eminbəylinin Azərbaycan Ekoturizm Assosiasiyası ilə əməkdaşlığının uzun tarixi var. O, Assosiasiyanın təşəbbüslərinə, ekoloji maarifləndirmə fəaliyyətlərinə və ictimai kommunikasiya proseslərinə verdiyi dəstəklə yaşıllar, ekoaktivistlər, AzETA-nın tərəfdaşları və dostları, ümumilikdə cəmiyyət arasında fəallığı ilə seçilir.

Azərbaycan Ekoturizm Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib:

“Ekoturizm yalnız təbiətə səyahət deyil. Bu, ekoloji mədəniyyət, məsuliyyətli turizm, yerli icmaların inkişafı, milli-mədəni irsin və təbiətin qorunması məsələsidir. 

Şakir Eminbəylinin media təcrübəsi, ictimai nüfuzu və Assosiasiya ilə uzunmüddətli əməkdaşlığı fəaliyyətimizin daha sistemli və təsirli qurulmasına mühüm töhfə verəcək. Şakir müəllimi və bütün AzETA ailəsini bu təyinat münasibətilə təbrik edir, birgə fəaliyyətimizdə uğurlar arzulayıram".

Assosiasiya ekoloji mədəniyyətin və ekoturizmin inkişafını gücləndirir, dövlət siyasətinə ictimai dəstək verir, eləcə də müxtəlif turizm istiqamətlərinin inkişafında fəal iştirak edir.

Baş katib Şakir Eminbəyli isə bu məqsədlərin həyata keçirilməsi çərçivəsində ictimai və institusional əlaqələrin möhkəmləndirilməsi, media və tərəfdaşlıq platformalarının inkişafı və ekoturizm sahəsində peşəkar dialoqun təşviqini idarə edəcəkdir.

“Azərbaycan Ekoturizm Assosiasiyası” İctimai Birliyi 2019-cu ildə təsis edilmiş, ölkədə ekoturizmin, ekoloji mədəniyyətin və dayanıqlı turizm yanaşmalarının inkişafına dəstək verən qeyri-hökumət təşkilatıdır. 

Assosiasiya təbiətə məsuliyyətli turizm fəaliyyətlərinin təşviqi, milli parkların və təbii ərazilərin dayanıqlı əsaslarla tanıdılması, yerli icmaların turizm proseslərinə cəlb edilməsi, alternativ və ekoloji yerləşdirmə modellərinin təşviqi, həmçinin ekoturizm sahəsində maarifləndirmə, ekspert və tərəfdaşlıq fəaliyyətinin aparılması istiqamətində çalışır.

Əfsanə Rəcəb
"'Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 İyul 2026 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see270

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see253

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see247

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see231

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see230

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see228

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see200

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see200

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see191

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see184

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see181

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see181

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see180

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see180

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see178

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see176

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see175

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see174

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see172

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri