Icma.az
close
up
RU
Tanınmış müğənni həbs edilib?

Tanınmış müğənni həbs edilib?

Dogru.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Məlumat yayıblar ki, Hacıqabulda keçirilən iftar süfrəsində icra başçısı Sevindik Hətəmov məni həbs etdirib. Yalandır, şaiyələrə inanmayın. Məlumatları paylaşarkən diqqətli olun, insanlar narahat olur”.

Pravda.az xəbər verir ki, bunu tanınmış müğənni Pünhan Piriyev bildirib.

P.Piriyev qeyd edib ki, Hacıqabul rayonunun rəhbərliyi ona həmişə diqqət və qayğı göstərib:

“Həddim deyil ki icra başçısı ilə qalmaqal yaşayım, artıq hərəkət edim, Sevindik müəllim də məni cəzalandırsın… O, nə dedisə, biz “baş üstə” deyirik. Səhv edəndə də zəng edib deyir ki, “bala, səhv etmisən, düzəliş et, gələcəyin qarşıdadır”… Mən də həmişə böyüklərə hörmət etmişəm, rəhbərlər nə deyibsə, “baş üstə” demişəm… Çünki həmin insanlar uğurumuza sevinir”.

DOĞRU.AZ 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://dogru.az
archiveBu xəbər 15 Mart 2026 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri