Icma.az
close
up
RU
Tanınmış mühafizə şirkəti hesabat verdi Fotolar

Tanınmış mühafizə şirkəti hesabat verdi Fotolar

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

“Security Operation Services” MMC-də xidmət fəaliyyətinin fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.

Bu barədə Gununsesi.info -ya şirkətdən məlumat verilib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şirkətin direktorunun müşaviri xidməti fəaliyyətin nəticələri barədə iştirakçılara məlumat verib. Ardınca, sonra cəmiyyət tərəfindən hesabat dövründə görülən işlər və həyata keçirilən sosial layihələri əks etdirən videoçarx izlənib.

Çıxış edən “SOS” MMC-nin direktoru Anar Məmmədov, dəvət olunan qonaqları salamlayıb və onların tədbirdə iştirakına görə təşəkkür edib.

Qonaqlar arasında millət vəkili Vüqar Rəhimzadə, SOCAR-ın Baş ofisinin şöbə rəisi Cavad Tınayev, Təhlükəsizlik İdarəsinin rəis müavini Şaiq Osmanov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov, SOCAR Downstream Management (SDM) nümayəndəsi Tural Səfərli, Rabitəbankın şöbə müdürü Nəbi Əhmədov, həmçinin “AzPolitika.info” saytının rəhbəri Elnur Məhərrəmli və “Gününsəsi.info” saytının rəhbəri Pərviz Həşimli də yer alıb.

Anar Məmmədov, hesabat dövrü ərzində göstərdikləri birgə əməkdaşlığa görə qonaqları təltif edib.

Tədbirin sonunda A. Məmmədov və C. Xəlilov Vətən müharibəsi iştirakçıları olan yeni üzv mühafizəçilər – Əliyev Mehman, İsgəndərov Pərvin və İsmayılov Qurbanəliyə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlük vəsiqələrini təqdim ediblər.

Onu da qeyd edək ki, hesabat dövründə xidməti fəaliyyəti nəzərə alınmaqla,“SOS” MMC-nin 15 saylı komandası ilin komandası seçilmişdir.

 “Vəkil Günü” ilə əlaqədar əməkdaşlardan müşavir Şücaəddin Bağırov, “Veteranlar Təşkilatı ilə sıx əməkdaşlığa” görə Mürsəl Süleymanov, Fərid Həsənov, “Səmərəli fəaliyyətinə” görə idarəetmə aparatı üzrə Natiq Əliyev, Niyazi Cəfərov, xidmət sahəsinin növbətçiləri Fuad Məmmədli, Xanlar Nəsirov, komanda rəisinin müavinləri Ülfət Süleymanov, Cavanşir Babayev, Müşfiq Tağıyev, Məmməd Abdullayev, Toğrul Hacızadə, növbə rəisləri Dövlət Dövlətzadə, Nuran Bünyadlı, Orxan Bağırov, Kənan Atayev, Orxan Məmmədov, Ehtiram Cahangirov, mühafizəçilər Faiq Qasımov, Tərlan Qəniyev, İman Quliyev, Cəmil Quliyev, Emil Nuriyev, Pərvin Mehdizadə, Röyal Rzayev, Anar Həsənov, Adil Abbasov və Rövşən Əliyev fəxri fərmanlarla təltif olunmuşdurlar.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Fevral 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri